6-12-2025, 21:48 356

İran üçün fəlakət ili: Böhranlar, müharibə və xaosa gətirib çıxara biləcək problemlər

Başa çatmaqda olan ili İran tarixinin bütün sahələrdə - siyasi, hərbi, iqtisadi mənada fəlakət ili kimi xarakterizə etmək mümkündür.

İnqilabdan sonrakı 50 il ərzində İran ilk dəfə hərbi fəlakət yaşadı - iyunun 12-də İsrailin hücumu ilə başlayan hərbi əməliyyatlar 24 iyunda atəşkəs razılaşması ilə bitdi. İranın şəhərləri bombalandı, yüksək rütbəli hərbçiləri evlərindəcə öldürüldü.

Cavab tədbirləri də adekvat olmadı. Ardınca da, ABŞ-nin İranın nüvə obyektlərini bombalaması ölkənin nüfuzunun, nüvə silahı yaratmaq ambisiyalarının üstündən xətt çəkmiş oldu.

İlin əvvəlindən etibarən siyasi böhranlar, toqquşmalar, yüksələn gərginlik, vəzifədən uzaqlaşdırılmalar, impiçmentlər və ictimai narazılıqlar artdı. İranın vitse-prezidenti, tanınmış islahatçı Məhəmməd Cavad Zərifinin istefası, iqtisadiyyat naziri Abdolnaser Hemmatinin impiçmenti, Tehran Ali Məhkəməsində iki yüksək rütbəli hakimin müəmmalı şəkildə qətlə yetirilməsi daxili böhranın nə qədər ciddi olduğunu göstərdi.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Siyasi mənzərəni formalaşdıran mühüm məqamlar

Bütün bunlar İranın gələcək siyasi mənzərəsini formalaşdıran mühüm məqamlardan sayıla bilər. Bu sıraya xalqın narazılığını da əlavə etmək lazımdır. Fevral ayında islam inqilabının ildönümündə Tehranda və digər iri şəhərlərdə keçirilən genişmiqyaslı etirazlar, hökumət qüvvələrinin bu aksiyalara qarşı sərt müdaxiləsi cəmiyyətdə gərginliyin pik həddə çatdığını göstərdi.

Əksəriyyət hesab edir ki, İran bu ilin qışına son onilliklərin ən dərin sosial-iqtisadi böhranı ilə qədəm qoyur. Bu, hətta İran Xarici Kəşfiyyat Xidmətinin hesabatında da öz əksini tapıb. Məlumata görə, İran eyni vaxtda fəlakətli su çatışmazlığı, iqtisadi durğunluq və böyük şəhərlərdə etiraz dalğası ilə üzləşib.

Xarici borc artır, banklar müflis olur

İranın xarici borcu bir il ərzində əhəmiyyətli dərəcədə artıb. İran Mərkəzi Bankının məlumatlarına görə, ölkənin ümumi xarici borcu 5,38 milyard ABŞ dollarına çatıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Belə ki, 21 sentyabr 2024-cü il tarixinə olan xarici borc təxminən 4,58 milyard ABŞ dolları təşkil edirdi. Bundan əlavə, İranın ən böyük banklarından biri olan "Ayandeh Bank" özünü müflis elan edib, onun aktivləri dövlətin mülkiyyətinə keçib. Məlumata görə, 2012-ci ildə təsis edilən "Ayandah Bank"ın İran daxilində 260 filialı var idi və orada dörd min nəfər çalışırdı. Lakin son vaxtlar bank borc səbəbindən çətin vəziyyətə düşüb: itkilər təxminən 5,2 milyard ABŞ dollarına, borclar isə təxminən 2,9 milyard ABŞ dollarına çatıb. KİV yazır ki, "Ayandeh bank"dan əlavə, daha beş bank - "Sarmayeh", "Day", "Sepah", "Iran Zamin" və "Melal" da çətinliklərlə üzləşib.

ÜDM artımı cəmi 0,3% təşkil edib

Son illərin ən dərin sosial-iqtisadi böhranını yaşamasının səbəbi ilk növbədə beynəlxalq sanksiyalar səbəbindən neft ixracatının kəskin azalması və iqtisadiyyatın struktur problemləridir. 2025-ci ilin 10 ayı ərzində ÜDM artımı cəmi 0,3% təşkil edib. Bu, faktiki olaraq durğunluğu göstərən bir rəqəmdir. İlin nəticələrinə görə, 2024-cü illə müqayisədə İranın əmtəə və xidmət ixracatı 16%, idxalı isə 10% azalıb. Bu, ölkənin həyati əhəmiyyətli texnologiya və avadanlıqlara çıxışını məhdudlaşdırır və iqtisadiyyatın struktur problemlərini dərinləşdirir. İnflyasiya tempi 40%-i keçir ki, bu da ərzaq və enerji daşıyıcılarının qiymətlərinin sürətlə artmasına səbəb olur. Böyük şəhərlərdə yüksək tariflərə və işsizliyə qarşı yerli etirazlar qeydə alınır ki, bu da siyasi sabitlik üçün əlavə risklər yaradır. Ölkənin parlamenti pul islahatı haqqında qanunu qəbul edib: bir yeni rial 10 min köhnə riala bərabər olacaq.

Su problemi xaosa gətirib çıxara bilər

İranın ən ciddi problemlərdən biri də su qıtlığıdır. On illərin yanlış idarəçiliyi, uzunmüddətli quraqlıq ciddi fəsadlara səbəb olub. Su anbarları boşalmaq üzrədir, yağıntı rekord həddə aşağıdır. Hakimiyyət təxminən 10 milyon əhalisi olan paytaxt Tehranda suyu fasilə ilə verməyə başlayıb. Prezident Məsud Pezeşkian xəbərdarlıq edib ki, su böhranı Tehranın bəzi hissələrinin köçürülməsinə səbəb ola bilər. O, hətta paytaxtın köçürülməsi ehtimalından da danışıb. Kanadada yerləşən BMT Universitetinin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Kaveh Madani hakimiyyətin xəbərdarlığının yetərli olmadığını deyir. "Onların xəbərdarlıq səviyyəsi yerdəki reallıqla müqayisədə çox aşağıdır", - əvvəllər İranın Ətraf Mühit Departamentinin rəis müavini vəzifəsində çalışmış Madani "Radio Fərda"ya bildirib. Onun sözlərinə görə, hökumət çox ehtiyatlı davranır, çünki ictimaiyyətdə stress yaratmaq istəmir. Vəziyyət elədir ki, su ilə bağlı istehlak təchizatı üstələyir, resurslar isə bərpa olunmayacaq dərəcədə tükənir. Ekspertlərə görə, bu vəziyyət daha çox hökumətin kənd təsərrüfatını və inkişafı təşviq etmək niyyəti güdən yanlış siyasətindən yaranır.

Madaninin sözlərinə görə, problemi daha da çətinləşdirən amil cəmiyyətin hakimiyyətə inamsızlığıdır. "Cəmiyyət durumun nə qədər qorxulu olduğunu tam dərk etmir, hökumət isə insanlardan su sərfiyyatını azaltmağı xahiş etməyə qorxur", - deyə o bildirib.

Məlumat üçün bildirək ki, İranda su qıtlığı son illər bir neçə dəfə etirazlara səbəb olub. 2021-ci ilin iyulunda Xuzistan vilayətindəki etirazlar qanlı repressiyalarla nəticələnib. Qısamüddətli həll yollarının olmasına baxmayaraq, ekspertlər fəlakəti önləmək üçün əsaslı islahatlar və ciddi siyasi qərarlar gərəkdiyini deyirlər.

İranda 2026-cı ildə də vəziyyətin bu il olduğu kimi, davam edəcəyi proqnoz edilir. Çıxış yolu da sanksiyaların aradan qaldırılması ola bilər ki, buna da ümid yoxdur.

Paylaş

Xəbər lenti

Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR