7-12-2025, 17:48 549

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

Keçən illərlə müqayisədə yeni tikililərdə çıxarış alınması müşkülə çevrilib. Ekspertlər bunu həm qaydaların mürəkkəbliyi, həm də MTK-ların bu prosesdə maraqlı olmaması ilə əlaqələndirirlər.

Son dövrlər yeni tikililərdə yerləşən mənzillərə çıxarışların verilməsi prosesi sanki tormozlanıb. Hazırda yüzlərlə sakin aldığı mənzil üçün rəsmi sənədini gözləyir. Halbuki bir neçə il əvvəl hökumətin müdaxiləsi nəticəsində bu proses sürətlənmiş və yeni binalardakı minlərlə mənzil sürətlə qeydiyyata alınaraq sakinlərə çıxarış verilmişdi. İndi isə vəziyyət tam əksinədir və sakinlər səbəbləri aydın olmayan bu gecikmənin narahatlığını yaşayırlar.

Maraqlıdır, proses niyə zəifləyib? Səbəblər nədən ibarətdir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Rəqəmlər nə deyir?

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 300 073 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Rəqəmləri 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisə etsək görərik ki, çıxarışların sayı həmin dövrdə 306 456 olub.

Statistikadan görünür ki, 2025-ci ilin göstəricisi 2024-cü ilə nisbətən aşağıdır və bu da çıxarışların verilməsində müəyyən yavaşlamaya işarə edir. Maraqlıdır ki, 2023-cü ildə ölkədə əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunub. Həmin ilin yanvar-oktyabr aylarında 406 180 mülkiyyət hüququ qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38.1 faiz çoxdur.

Belə görünür ki, dövlətin keçən illərdə sürətləndirdiyi proses indi öz tempini itirib.

Qanunvericiliyə yenidən baxılmasına ehtiyac var

"Azərbaycan Rieltorlar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elnur Azadovun sözlərinə görə, çoxmənzilli binalara çıxarışların verilməsi prosesinin ləngiməsi qanunvericiliyə bağlı məsələdir: "Əslində 2019-cu ildən sonra bu proses xeyli sürətlənmişdi. Bunun əsas səbəbi Prezidentin müvafiq fərmanı idi. Bu fərmana uyğun olaraq 2020-ci ildən başlayaraq binalar sadələşdirilmiş şəkildə istismara qəbul edilirdi. Fərmanın müddəti bir il nəzərdə tutulsa da, sonrakı illərdə də tətbiq olundu. Lakin son bir ildə bu proses dayandırılıb və binalar artıq fərmanla sadələşdirilmiş qaydada istismara qəbul edilmir".

Ekspert vurğulayır ki, məsələnin həlli üçün ya fərman yenidən qüvvəyə minməli, ya da yenilənməlidir: "Vətəndaşların mülkiyyət hüququ təmin olunmalıdır. Hansı yolla? Bu artıq aidiyyəti dövlət qurumlarının işidir".

"Bəzi MTK-lar torpaqları özəlləşdirməyib"

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də deyir ki, Prezidentin müvafiq fərmanından sonra çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı operativ işlər aparılıb: "Demək olar ki, 200-dən artıq bina üzrə işlər sürətləndirildi və sakinlər çıxarışlarla təmin olundular. Amma çıxarış verilməyən binalar da var və onların müəyyən problemləri mövcuddur. Əsas məsələ təhlükəsizlikdir. Həmin binalar dövlət tərəfindən istismara qəbul edilməyib, çünki Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri təqdim olunmayıb".

Ekspert bildirir ki, digər problem torpaqla bağlıdır: "Bəzi Mənzil-Tikinti Kooperativləri və ya MMC-lər binanın torpaq sahəsini özəlləşdirməyiblər. Dövlət torpaqlarında bina inşa edən şirkətlər bəzən məlumat vermirlər. Hətta bununla bağlı bir sıra məhkəmə işləri də var. Dövlət qurumu həmin MTK-ları məhkəməyə verib və torpaq sahəsinin özəlləşdirilməsini tələb edib. Hüquqi məsələlər də problem yaradır. Baş Prokurorluq bəzi binalarda bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı işləri araşdırır. Ona görə də aidiyyəti qurumlar vətəndaşların təhlükəsizliyi baxımından bu binalara rəy vermirlər".

"Bu üç sənəd kifayətdir ki, çıxarış alınsın"

Mütəxəssis çoxmənzilli binalarda ev almaq istəyən vətəndaşlar üçün bir sıra vacib məqamları da sadalayır: "Ev almadan öncə mütləq həmin binanın dövlət qeydiyyatına alınıb-alınmadığı barədə müvafiq sənədi tələb etsinlər. Əgər həmin bina dövlət qeydiyyatına alınıbsa, demək orada heç bir problem yoxdur və çıxarış əldə etmək rahat olacaq. Bəzən MTK-lar özləri də bu məsələdə maraqlı olmurlar. Sənədləri gecikdirir, maliyyə arayışlarını vermirlər. Bu, onlara sərf edir və əlavə qazanc əldə edirlər. Əgər vətəndaş mənzilin ödənişini tam edib, borcunu bağlayıbsa, MTK birmənalı şəkildə ona maliyyə arayışını verməlidir. Bu baxımdan, vətəndaşlar dərhal maliyyə arayışlarını, ölçü sənədləri və binanın dövlət qeydiyyatına alınması ilə bağlı qərarın surətini tələb etməlidirlər. Bu üç sənəd kifayətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti mənzilə çıxarış versin. Dövlət qeydiyyatına alınmayan binada yerləşən mənzilə isə vətəndaş istəsə belə, çıxarış almaq mümkün deyil. Məndə olan məlumata görə, hazırda təxminən 30 belə bina mövcuddur".

"Bu prosesdə 41 komissiya rəy verməlidir"

Rieltor Nofəl Quliyev isə bildirir ki, son illərdə qanunvericilikdə edilən dəyişikliklər nəticəsində dövlət aktının alınması prosesi mürəkkəbləşib: "Hazırda bu prosesdə 41 komissiya rəy verməlidir və bu, ilk əsas səbəbdir. İkinci səbəb isə ondan ibarətdir ki, bir çox MTK rəhbəri çıxarışların verilməsini istəmir. Çünki bir mənzil bir neçə şəxsə satıldıqda MTK hər dəfə 3-5 min manat əldə edir, eyni zamanda çıxarışlı mənzillərin alqı-satqısı zamanı həmin ərazi üzrə dövlətə indeksləşmə əsasında vergi ödənilir".

Ekspert qeyd edir ki, prosesin yenidən sürətlənməsi üçün dövlət tərəfindən müvafiq tədbirlər görülməlidir: "MTK-lara müəyyən tövsiyələr verilməli, təhvil aktının verilməsi prosesi sürətləndirilməlidir".

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR