7-12-2025, 21:48 637

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 169 147 000.43 ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 478 689 000 ABŞ dolları və yaxud 28.32 % çoxdur. Doqquz ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12.94%-ni təşkil edib.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Son vaxtlar avtomobil parkında Çin avtomobillərinin xüsusi çəkisi sürətlə artır. Lakin insanlarda narahatlıq var ki, Çin maşınlarının ehtiyat hissələrinin tapılmasında problemlər yaşana bilər. Əvvəlki dövrlərdə biz sosial şəbəkələrdə bununla bağlı şikayətlər də müşahidə etmişik. Bəs indi bu sahədə vəziyyət necədir?

"Bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, ölkəmizdə Çin avtomobillərinin sayı artdıqca, ehtiyat hissələri çatışmazlığı problemi də yaranmağa başladı: "Ekoloji və təmiz nəqliyyat vasitələrinə edilən güzəştlərdən sonra Çin avtomobilləri, xüsusilə elektrik və hibrid modellərin sayında kifayət qədər artım müşahidə olundu. Bu da avtoparkımızın yenilənməsinə gətirib çıxardı. Lakin vacib məsələlərdən biri ehtiyat hissələri problemi idi. Təəssüf doğuran məqamlardan biri ondan ibarət idi ki, rəsmi diler olmayan, yəni fərdi şəxslər tərəfindən gətirilən bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir".

E.Əliyev bildirib ki, fərdi şəxslər bu problemi aradan qaldırmaq üçün ehtiyat hissələri də idxal edirlər: "Rəsmi distribütorların salonlarında satılan avtomobillərin ehtiyat hissələri həmin şirkətlərin servis mərkəzlərində mövcuddur. Bundan əlavə, paralel idxalın və ölkəmizə gətirilən avtomobillərin sayının çoxalmasını nəzərə alaraq, kənar şəxslər tərəfindən də ehtiyat hissələri idxal edilir. Məsələn, müxtəlif şəbəkə mağazaları və ya fərdi sahibkarlar Çin avtomobillərinin ehtiyat hissələrini ölkəyə gətirirlər. Necə ki, əvvəllər digər avtomobillər üçün də rəsmi servisdən kənar ehtiyat hissələri gətirilirdi. Sözsüz ki, bu ehtiyat hissələri orijinal olmur. Lakin avtomobili zəmanətsiz alan şəxslər çarəsiz qalaraq həmin hissələrdən istifadə edirlər".

"Rəsmi servis mərkəzlərindən asanlıqla tapılır"

Sədrin fikrincə, hazırda əksər ehtiyat hissələrini rəsmi servis mərkəzlərindən asanlıqla tapmaq mümkündür: "İki il öncəyə qədər bəzi avtomobillərin ehtiyat hissələrinin tapılmasında müəyyən çətinliklər var idi. Lakin hazırda rəsmi distribütorlarda bu vəziyyət xeyli yaxşılaşıb. Əlbəttə, bütün markaların ehtiyat hissələri mövcud deyil. Amma 80-90 faiz ehtiyat hissələri rəsmi servis mağazalarının anbarlarında olur. Rəsmi xətlə gətirilən avtomobillərin ehtiyat hissələrini rahatlıqla tapmaq mümkündür. Həm rəsmi servis xidmətləri, həm də kənar şəxslər tərəfindən ehtiyat hissələrinin gətirilməsi nəticəsində demək olar ki, Çin avtomobillərində ehtiyat hissələri problemi aradan qalxmaqdadır. Hətta rəsmi servis mərkəzlərindən kənar böyük servis mərkəzləri də yaranıb ki, onlar Çin avtomobillərinə texniki xidmət göstərirlər. Çin avtomobilləri bazarda artan tələblə əlaqədar hərəkətliliyin əsas iştirakçısına çevrilməkdədir".

"Tələb artdıqca, ehtiyat hissələri də təmin olunur"

Elektromobil bloqeri İlkin Mustafayev də düşünür ki, avtomobillərə tələbat artdıqca, bu problem həll edilir: "Hazırda ehtiyat hissələri ilə bağlı ciddi problem yaşanılmır. Bir müddət Çindən idxal edilən avtomobillərdə müəyyən problemlər yaşanılsa da, artıq bu avtomobillərin kütləviliyi səbəbindən sahibkarlar və servis məntəqələri hissələrin təmini və idxalı məsələsini aktuallaşdırır. ⁠Çindən idxal edilən avtomobillər üçün də ehtiyat hissələri artıq normaya düşür. Təbii ki, hələ də hissələri tapılmayan və ya idxalını 2-3 ay gözləməli olan modellər var. Çin markalı avtomobillərdə qısa müddətdə dizayn və digər köklü dəyişiklik edildiyi üçün bəzən bu problem daha aktual olur".

İ.Mustafayevin sözlərinə görə, əvvəlki illərlə müqayisədə ehtiyat hissələri bazarında Çin maşınları üzrə canlanma olduğu ortadadır: "⁠Avtomobillərin sayının artması hətta digər markalara - Avropa, ABŞ və ya Koreya markalarına xidmət göstərən servislərin artıq Çin maşınlarına da xidmət göstərməyə başlamasına gətirib çıxara bilir. Ötən illə müqayisə etsək, bu bazar artıq dolmağa başlayıb. Çünki Çin maşınları nə qədər çoxalsa, onların ehtiyat hissələrinə tələbat da bir o qədər artır. Servislər və ehtiyat hissələri idxal edən sahibkarlar da bu tələbatı nəzərə alaraq, detalların idxalını həyata keçirirlər".

Paylaş

Xəbər lenti

Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Bu gün, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Bu gün, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Bu gün, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Bu gün, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Bu gün, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Bu gün, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Bu gün, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Bu gün, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Bu gün, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Bu gün, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Bu gün, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Bu gün, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Bu gün, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Bu gün, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Bu gün, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Bu gün, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Bu gün, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Bu gün, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Bu gün, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Bu gün, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Bu gün, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Bu gün, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Bu gün, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Bu gün, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Bu gün, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Bu gün, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Bu gün, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Bu gün, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Bu gün, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Bu gün, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Bu gün, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Bu gün, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Bu gün, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Bu gün, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Bu gün, 16:48 Hava PİSLƏŞİR - Temperatur 5 dərəcə enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 29 yaşlı Sumqayıt sakini Bakıda ölü tapıldı Bu gün, 16:48 İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Bu gün, 16:48 Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib Bu gün, 15:48 Nazirlik bəzi şəxslərin attestasiyasına başlayıb Bu gün, 15:48 Türkiyənin sabiq naziri ev dustaqlığına buraxıldı Bu gün, 15:48 Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub Bu gün, 15:48 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər Bu gün, 15:48 Qəbələdə su anbarı tikilir Bu gün, 15:48 Bakıda tanınmış iş adamı vəfat etdi Bu gün, 15:48 Rusiyada erməni terrorçu Monte Melkonyan haqqında filmin nümayişinə qadağa qoyuldu Bu gün, 15:48 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR