
Dövlət Gömrük Komitəsi gələcəkdə sərhəd buraxılış məntəqələri istiqamətində terminalların, TIR-parkların inşasını planlaşdırır.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Komitənin nümayəndəsi Vasif Qurbanov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, qurum hazırda həm sərhəd buraxılış məntəqələrində, eləcə də terminallarla bağlı infrastruktur layihələri həyata keçirir: "Bizim gələcək layihələrimizdən biri də sərhəd buraxılış məntəqələri istiqamətində terminalların, TIR-parkların tikilməsidir. Həmin tır-parklarda servislər olacaq, eləcə də digər şəraitlər yaradılacaq. Həmçinin burada elektron növbə sisteminin tətbiqi nəzərdə tutulub. Yəni bu layihə də qısa müddətdə təsdiqləndikdən və maliyyə vəsaiti ayrıldıqdan sonra həyata keçiriləcək".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.