
Abşeron rayonu, Xırdalan şəhərində yanğın hadisəsi baş verib.
AVESTA.AZ verir ki, yanğın "Kristal Abşeron-2" yaşayış kompleksində, çoxmərtəbəli binanın 10-cu mərtəbəsində olub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunublar.
Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
*** 00:16
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
AVESTA.AZ xəbər verir ki, hadisə "Kristal Abşeron-2" yaşayış kompleksində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.