
Salyanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Opel" və "Mercedes-Benz" markalı avtomobillər çoxtonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri - 1988-ci il təvəllüdlü Vahid Xandadaş oğlu Məhərrəmov, 1982-ci il təvəllüdlü Vüsalə Kamil qızı Kamilova, 1983-cü il təvəllüdlü Mərahim Ələddin oğlu Qafarov və 1978-ci il təvəllüdlü Məmmədağa Sədyət oğlu Sultanov müxtəlif dərəcəli xəsarət alıblar.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.