18-12-2025, 10:48 257

FHN-ə işə düzəltmək və

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Babək İsrafilovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

AVESTA.AZ Pravda.az-a istinadən xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 4 sentyabr 2025-ci il tarixli hökmü cəza təyini hissədə dəyişdirilib, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 3 ay müddətinə endirilib.

İttihama görə, Babək İsrafilov tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə bir sıra dələduzluq əməlini törədib.

Belə ki, 2021-ci ilin yanvar ayında zərərçəkmiş V.V.-nin özünü dövlət orqanlarında çalışan yüksəkvəzifəli şəxslərlə əlaqəsi olan şəxs kimi təqdim edərək, onun qardaşını Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Yanğından Mühafizə idarəsinə işə düzəlməsinə vasitə edəcəyinə dair yalan vəd verib. Təqsirləndirilən şəxs işə düzəlmək üçün komissiyadan keçmək və sənədlərin təsdiqlənməsi adı ilə 7 000 manat, fevral ayının əvvəllərində müəyyən vəzifəli şəxslərdən müsbət rəy almaq adı ilə 5 500 manat, ayın sonunda isə işə təyinat barədə əmrin alınması adı ilə 4 500 manat aldatma yolu ilə alıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 17 000 manat məbləğində maddi ziyan vurulub.

Babək İsrafilov eyni niyyətlə 2023-cü ilin mart ayında zərərçəkmiş N.N.-i elektron birjaya "Bitcoin" vasitəsilə yatırılan investisiya ilə böyük gəlir əldə ediləcəyi barədə inandıraraq 6 000 manat pulunu aldatma yolu ilə ələ keçirib.

Daha sonra, 2024-cü ilin mart ayında zərərçəkmiş şəxsə bacısı oğlunun borcunu əvəz etmək məqsədilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 10 hektar torpaq sahəsi verildiyini iddia edib. O, torpaq sahəsinin sənədləşdirilməsi üçün 4 000 manat tələb edib. Təqsirləndirilən şəxs pul qarşılığında 10 000 manat və kriptovalyuta üzrə dividentlərin qaytarılacağı barədə yalan vəd verərək həmin məbləği Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən mərkəzi poçtun qarşısında aldatma yolu ilə ələ keçirib.

Bütün bu əməl nəticəsində zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan dəyib və təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunub.

Paylaş

Xəbər lenti

Xırdalanda körpə 7-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 11:48 Prezident İlham Əliyev "Sabah"ı təbrik edib Bu gün, 11:48 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ Bu gün, 11:48 Rusiya, Özbəkistan və Azərbaycan Şəmail ən-Nəbi əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər Bu gün, 11:48 Azərbaycanlı idmançı UFC-də nadir fəndlə QALİB GƏLDİ Bu gün, 11:48 Bu il ali məktəbə qəbul olunan ən yaşlı tələbənin 58 yaşı var Bu gün, 11:48 Tamstore 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail olub Bu gün, 11:48 Türkiyəli teleaparıcı: Media Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır Bu gün, 11:48 Bakıda avtobus 3 maşını əzib hasara çırpıldı Bu gün, 11:48 Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB Bu gün, 10:48 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə Baş Dövlət Yol Polisi İdarəsindən REAKSİYA Bu gün, 10:48 Bakıda tikilidə yanğın olub, 36 yaşlı kişinin meyiti aşkarlanıb Bu gün, 10:48 Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib Bu gün, 10:48 Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb Bu gün, 10:48 Azərbaycanda istiqraz bazarının təkrar seqmenti avtomatlaşdırılır Bu gün, 10:48 Naxçıvan şəhərinin bəzi ərazilərində qaz olmayacaq Bu gün, 10:48 Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaş qəbulu keçirəcək Bu gün, 10:48 Azərbaycanda qadınlar kişilərdən daha uzunömürlüdürlər Bu gün, 10:48 Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq həbs edilib Bu gün, 09:48 Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı Bu gün, 09:48 Yaponiyada qasırğa səbəbindən 280-dən çox reys ləğv edilib Bu gün, 09:48 AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq Bu gün, 09:48 Universitetdəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı Bu gün, 09:48 ADB Azərbaycanda sərhəd-keçid məntəqələrini modernləşdirməyə pul ayıracaq Bu gün, 09:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb Bu gün, 00:48 Frankfurt-Dehli sərnişin təyyarəsi nasazlıq səbəbindən Bakıya məcburi eniş edib Bu gün, 00:48 UEFA Çempionlar Liqası: "Sabah" dördüncü qolu "Hapoel"in qapısından keçirib Dünən, 23:48 FT: Blokadaya görə İranın 20 tankeri Şri-Lanka sahillərində qalıb Dünən, 23:48 Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ Dünən, 23:48 Türkiyənin iki vilayətində zəlzələ olub Dünən, 23:48 Sabah 9 rayonun bəzi ərazilərində işıq kəsiləcək Dünən, 23:48 Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir Dünən, 22:48 Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur Dünən, 22:48 Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb Dünən, 22:48 Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda əlavə vaxt olacaq Dünən, 22:48 Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb Dünən, 21:48 Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq Dünən, 21:48 53 yaşlı kişi qətlə yetirilib Dünən, 21:48 Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib Dünən, 21:48 Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib Dünən, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub Dünən, 21:48 "Mançester Yunayted" Karlos Balebanı heyətinə qatdığını açıqlayıb Dünən, 21:48 Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq Dünən, 21:48 Nə müharibələr, nə pandemiyalar zamanı olmuşdu: Bəşəriyyət azalmaq təhlükəsi ilə üz-üzə Dünən, 21:48 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib Dünən, 20:48 Yaxın Şərqdə yeni mərhələ: Parçalanan dövlətlər toparlana biləcək? Dünən, 20:48 Sabah" - "Hapoel" oyununun start heyətləri bəlli oldu Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR