
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ölkəsinə neft məhsulları daşıyan qatarın gəlişini əks etdirən kadrları paylaşıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, görüntülər Paşinyanın sosial media səhifəsində yer alıb.
"Sülh artıq reallığa çevrilib", - deyə o, videoya şərh yazıb.
Xatırladaq ki, təxminən 1 300 ton Azərbaycan istehsalı "Aİ-95" benzini daşıyan 22 sistern vaqondan ibarət qatar Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü kommersiya əsasında həyata keçirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.