
Şəkidə canavar kəndə hücum edərək 5 nəfərə xəsarət yetirib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Bideyiz kəndində baş verib.
Belə ki, canavar kənd sakinləri; 5 yaşlı Z.Qurbanov, 27 yaşlı Fariz Lətifov, 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı Sevinc Qurbanova və 52 yaşlı Gündüz Lətifovu yaralayıb.
Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.