Dünən, 22:48 73

Söküntü dalğası fürsətə çevrilir - Bakıda

Bakının siması yeniləndikcə, sovet dövründən miras qalan və istismar müddətini başa vurmuş "xruşşovka"ların taleyi daşınmaz əmlak bazarının ən çox müzakirə olunan mövzusuna çevrilir. Şəhərin yeni Baş Planına əsasən, qarşıdakı illərdə bu qəzalı binaların mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Lakin bəzi işbazlar və investorlar gələcək söküntü zamanı tikinti şirkətlərindən daha böyük kompensasiya, əlavə yaşayış sahəsi, təmir və kirayə pulu qoparmaq ümidi ilə kütləvi şəkildə bu cür köhnə mənzilləri almağa başlayıblar. Nəticədə, "xruşşovka"ların qiymətində kəskin artım müşahidə edildiyi bildirilir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Söküntü dalğası fürsətə çevrilir - Bakıda

"İş adamları qazanc əldə etməyə çalışırlar"

Əmlak bazarı üzrə ekspert Anar Nəsirovun sözlərinə görə, Bakı şəhərinin Baş Planına əsasən, bəzi ərazilərdə istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların, eləcə də kvartalların söküntüsü həyata keçirilir. Söküntü zamanı sakinlər kirayə pulu ilə təmin edilir və onların yaşadıqları evlər tikinti şirkəti ilə qarşılıqlı razılaşma əsasında sökülür: "Evləri söküntüyə düşən vətəndaşlar bu prosesdən xeyli əlavə qazanc əldə edirlər. Birincisi, köhnə binanın əvəzinə onlara 24 saat daimi suyu, qazı, işığı və müasir liftləri olan, yeni standartlara cavab verən binalarda mənzil verilir. İkincisi, məsələn, 50 kvadratmetr sahə sökülürsə, şirkətlə razılaşma əsasında mülkiyyətçiyə əlavə kvadratmetrlər təklif olunur. Üçüncüsü, vətəndaş ya təmir pulunu alıb mənzili özü təmir edir, ya da şirkətdən tam təmirli ev alır".

Söküntü dalğası fürsətə çevrilir - Bakıda

A.Nəsirovun fikrincə, buna görə alıcıların "xruşşovka"lara marağı artıb. Hazırda söküntüyə gedən əksər binaların sakinləri tikinti şirkətlərindən əlavə kvadratmetr əldə etməyə çalışırlar: "Mərkəzə nisbətən yaxın ərazidə yerləşən 3 otaqlı "Xruşşovka" layihəli ev bu gün 190-200 min manata satılırsa, bina söküntüyə düşdüyü halda əvəzində verilən yeni mənzilin dəyəri təqribən 300 min manata yaxın olur. Bu gün 1-3 mərtəbəli həyət evləri azaldığından, tikinti şirkətləri yeni bina inşa etmək üçün artıq 4-5 mərtəbəli binaları da sökürlər. Bunu bilən bəziləri həmin binalardan mənzil alaraq qazanc əldə etməyə çalışırlar. Onlar bu proseslərdə təcrübəli olduqları üçün tikinti şirkətləri ilə əlaqəyə çıxır, bina təhvil verilənədək həm yüksək kirayə haqqı, həm də əlavə kvadratlar almağı bacarırlar. Beləliklə, qazanclarını daha da artırırlar. Ümumilikdə, əlavə kirayə pulu, təmir xərcləri və əlavə kvadratmetrlər hesablandıqda, söküntüdən əldə edilən xalis qazanc mənzilin ilkin dəyərinin 35-60%-ni təşkil edə bilir. Bütün bunlara görə də vətəndaşların "xruşşovka"lara marağı kəskin artıb".

"Ev sökülsə də, sökülməsə də dəyəri artır"

Ekspert bildirdi ki, evi bir dəfə söküntüyə düşüb bunun bəhrəsini görənlər gələcəkdə plana düşə biləcək mənzilləri hədəf seçirlər. Həmin evləri alıb sökülənə qədər kirayəyə verirlər, söküntü başladıqda isə əlavə imtiyazlar alaraq prosesdən qazanclı çıxırlar: "Belələrinin çox olması avtomatik olaraq 1-5 mərtəbəli köhnə evlərin qiymətlərində bahalaşma yaradıb. Hazırda bu investisiyanın heç bir riski yoxdur. Azərbaycanda hər il əmlak bazarında müvafiq faiz dərəcəsində qiymət artımı müşahidə olunur, alınan əmlak riskli hesab edilmir. Söküntüyə gedən evləri alanlar da bunu yaxşı bilirlər. Çünki bina bu il sökülməsə belə, gələn ilə qaldıqda əmlakın dəyəri müəyyən qədər artacaq. Söküntü reallaşdıqda isə qazanc qat-qat çox olacaq".

Söküntü dalğası fürsətə çevrilir - Bakıda

"Xruşşovka"ların qiyməti daha ucuz olmalıdır"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə düşünür ki, "xruşşovka"ların qiymətindəki artım realdır, lakin bu tendensiya heç də təqdim olunan qədər şişirdilmiş səviyyədə deyil: "Qiymət artımı daha mərkəzdə və mərkəzə yaxın ərazilərdə yerləşən binalardadır. "Xruşşovka"ların qiymətlərindəki artım ümumi bazar tendensiyasından irəli gəlir. Lakin bir çox hallarda gəzən şayiələrə aldanıb kompensasiya əldə etmək məqsədilə investorların bu istiqamətdə axını da süni qiymət artımına səbəb olur. Söküntü zamanı verilən kompensasiya məbləğləri çox vaxt investorun gözləntilərini doğrultmur. Gözlənilən məbləği ala bilməyən və mənzilini sata bilməyən investor iflasa uğraya, evi dəyər-dəyməzinə satıla bilər. Əslində, satışında və ipoteka predmeti kimi çıxış etməsində məhdudiyyətlər olduğuna görə "xruşşovka"ların qiyməti digər layihələrdən daha ucuz olmalıdır".

Söküntü dalğası fürsətə çevrilir - Bakıda

V.Orucun fikrincə, bütün "xruşşovka"ların qiymətinin artacağını düşünərək spekulyasiyaya uymaq və söküntü zamanı yüksək kompensasiya əldə etmək məqsədilə əvvəlcədən bu binalardan mənzil almaq kifayət qədər risklidir: "Çünki istismar müddəti bitməsinə baxmayaraq, texniki vəziyyəti hələ də normal olan binaların sökülməyəcəyini də ehtimal etmək lazımdır. İnvestor müəyyən bir binadan mənzil alıb onun sökülməsini illərlə gözləyə bilər. Bu, yüz faizlik zəmanətli investisiya deyil. Söküntü olmazsa, həmin tikililərin satışı heç də asan deyil".

Söküntü dalğası fürsətə çevrilir - Bakıda

"Qiymət artımı bazar prinsiplərinə tam uyğundur"

Sədrin sözlərinə görə, əmlakın qiymətini bazar müəyyən edir. Bəzən mənzil qiymətlərinin orta aylıq əməkhaqqı göstəriciləri ilə uzlaşmaması əsas gətirilərək qiymətlərin şişirdildiyi və ya bazarda "sabun köpüyü" yarandığı iddia edilir. Amma bütün tendensiyalar onu deməyə əsas verir ki, qiymət artımı bazar prinsiplərinə tam uyğundur: "Qiymətlərin bilərəkdən artırılmasına gəldikdə isə, təbii ki, hər bir mülkiyyətçi öz mənzilini daha baha satmaq istəyir. Rieltorlar da yüksək qiymətə satış reallaşdırmaqda maraqlıdırlar. Bəzi hallarda yaranan spekulyasiyalar da məhz daha çox qazanc əldə etmək istəyindən irəli gəlir".

Paylaş

Xəbər lenti

Diqqət mərkəzində olmaq istəyi hansı psixoloji problemin əlamətidir? Dünən, 23:48 Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır? Dünən, 23:48 Tez-tez tərləmə hansı xəstəliklərin əlamətidir? Dünən, 23:48 Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? Dünən, 22:48 Söküntü dalğası fürsətə çevrilir - Bakıda "Xruşşovka" ovuna çıxanların yeni qazanc sxemi Dünən, 22:48 Mərakeşdə hərbi təlim zamanı iki ABŞ hərbçisi itkin düşüb Dünən, 22:48 Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib Dünən, 21:48 Şəmkirdə gənc oğlan ağır yanıq xəsarətləri alıb Dünən, 21:48 Dejavu nədir və nə zaman təhlükəli ola bilər? – Mütəxəssislər açıqladı Dünən, 21:48 Tbilisidə azərbaycanlı saxlanıldı: silah və narkotik aşkarlanıb Dünən, 21:48 15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü Dünən, 20:48 Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa Kubokunu izləyib Dünən, 20:48 Rəzai ABŞ-ni "dəniz qulduru" adlandırdı: sərt açıqlama Dünən, 20:48 Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb Dünən, 19:48 Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR? Dünən, 19:48 "Bakı Marafonu 2026"nın start və finişində konsert olub Dünən, 19:48 Cüdo millimiz "Böyük Dəbilqə"də 3 medal qazanıb Dünən, 19:48 Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib Dünən, 18:48 Netanyahu: İsrail HHQ mümkün əməliyyatlara tam hazırdır Dünən, 18:48 Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır Dünən, 18:48 "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib Dünən, 18:48 Texasda təyyarə qəzası: idman komandasının bütün üzvləri həlak oldu Dünən, 17:48 Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı Dünən, 17:48 "Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib Dünən, 17:48 Siqaret çəkmək əsəbləri sakitləşdirir? Dünən, 16:48 "Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib Dünən, 16:48 Bakı Marafonu 2026-da yarış başa çatıb Dünən, 16:48 Manana Çaparidze bağını nümayiş etdirdi Dünən, 15:48 Monqolustan Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq potensialını görür Dünən, 15:48 İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? Dünən, 15:48 Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI Dünən, 14:48 "Arka sokaklar"ın aktyoru yeni serialda Dünən, 13:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib Dünən, 13:48 Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir Dünən, 13:48 Bərdədə asfalta yağ dağıldı, qəzaya səbəb oldu Dünən, 13:48 Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı Dünən, 12:48 Bakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA Dünən, 12:48 İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib Dünən, 12:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib Dünən, 12:48 Buraxılış imtahanında bir nəfərdə gizlədilmiş mobil telefon aşkarlanıb Dünən, 12:48 Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq Dünən, 12:48 Qara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq Dünən, 11:48 "Bakı Marafonu 2026" başlayıb Dünən, 11:48 Tahir Gözəl ona çay verən şəxsə 50 manat bəxşiş verdi Dünən, 11:48 Kəmalə Piriyeva: "Türk seriallarına həsəd aparıram" Dünən, 11:48 Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır Dünən, 11:48 Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" Dünən, 10:48 Qəzada ölən 17 yaşlı Yusifin FOTOsu Dünən, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR