
İrandan Azərbaycana 6 kq 848 qram marixuana, 0.006 mq tiryək keçirilməsinin qarşısı alınıb.
Bu barədə AVESTA.AZ-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, narkotik keçirilməsinə cəhdin qarşısı Xidmətin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.