
Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən BAKU.WS-ə verilən məlumata görə, qaz sızmasının aradan qaldırılması məqsədilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 1000 abonentin qaz təchizatı 16:30-dan etibarən, müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.