
Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.
Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.