25-12-2025, 19:48 131

Qazaxıstan AZAL təyyarəsinin aviaqəzası ilə bağlı istintaqın başa çatma müddəti barədə məlumat yayıb

Embraer 190 tipli "Azerbaijan Airlines" aviaşirkətinə məxsus, Bakı–Qroznı reysini yerinə yetirən və Aktau yaxınlığında qəzaya uğrayan hava gəmisinin aviaqəzasının səbəblərinin araşdırılmasının yekun başa çatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.

"ICAO-nun 13 saylı Əlavəsinin müddəalarına uyğun olaraq, aviasiya hadisəsinin araşdırılmasının yeganə məqsədi gələcəkdə oxşar halların qarşısını almaqdır", – açıqlamada bildirilir.

Qurum qeyd edir ki, Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış Aviasiya Hadisələrinin Araşdırılması Komissiyası tərəfindən aparılan araşdırma ilə yanaşı, Qazaxıstan hüquq-mühafizə orqanları tərəfindən cinayət işi üzrə istintaq da aparılır.

"Aviasiya hadisəsinin araşdırılmasının yekun başa çatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır. Hadisənin səbəbləri və ya ona təsir edən amillər, eləcə də uçuşların təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda əks olunacaq", – açıqlamada vurğulanır.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarə, J2-8243 Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 km məsafədə qəzaya uğrayıb.

İlkin istintaq məlumatlarına görə, Qroznıya yaxınlaşarkən təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin radioelektron mübarizə vasitələrindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Bu səbəbdən hava gəmisinin bortu Rusiyanın hava məkanında radarlardan itib.

Təyyarədə ümumilikdə 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42 nəfəri Azərbaycan vətəndaşıdır (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızıstan vətəndaşıdır. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Aviaqəza zamanı hava gəmisinin komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökmə Əliyeva həyatını itirib.

Paylaş

Xəbər lenti

Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib Bu gün, 10:48 Bakıdan Tbilisiyə dəmiryolu vasitəsilə sərnişindaşıma bu tarixdən bərpa olunur - RƏSMİ Bu gün, 10:48 Kuba liderindən ABŞ-yə sərt mesaj Bu gün, 10:48 AZAL Bakı–Naxçıvan reyslərini bərpa etdi Bu gün, 10:48 İcraçı direktor: "Evlərin qiyməti əlçatan olmalıdır" Bu gün, 10:48 Gülşən Rzayeva: "Mənzil məsələsi ilə bağlı təhlükəsiz, dayanıqlı sistem olmalıdır" Bu gün, 10:48 UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir Bu gün, 10:48 Bu gün doktoranturaya elektron sənəd qəbulu başlayır Bu gün, 10:48 Aydın Kərimov: "Şuşa ilə Xankəndini birləşdirəcək kanat layihəsi nəzərdə tutulur" Bu gün, 10:48 Bu gün Şuşa və Trabzon şəhərləri qardaşlaşacaq Bu gün, 10:48 9 mindən çox abonent işıqsız qalacaq Bu gün, 10:48 Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib Bu gün, 10:48 Azərbaycan Gürcüstan ərazisi ilə Türkiyəyə elektrik enerjisi ötürəcək Bu gün, 10:48 Ucuz qiymətə qızıl almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR Bu gün, 09:48 Prezident: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq Bu gün, 09:48 İlham Əliyev: WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir Bu gün, 09:48 Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir Bu gün, 09:48 Prezident: Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə dünyada birinci yerdəyik Bu gün, 09:48 Prezident: Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik Bu gün, 09:48 Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün doğum günüdür Bu gün, 09:48 Mavriki Prezidenti Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub Bu gün, 09:48 AzTU tələbəsi vəfat edib Bu gün, 09:48 Bu gün Milli Qəhrəman İqor Kşnyakinin doğum günüdür Bu gün, 09:48 Neftimiz bahalaşıb - 118,16 ABŞ dollarına yüksəlib Bu gün, 09:48 WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib Bu gün, 08:48 Bakıda WUF13-ün üçüncü günü işinə başlayıb Bu gün, 08:48 Çingiz Mustafayevə yüksək vəzifə verildi Bu gün, 08:48 Bakının 4 rayonunda QAZ KƏSİLƏCƏK Bu gün, 08:48 Azərbaycanlı zəvvarların növbəti qrupu Məkkəyə çatıb Bu gün, 08:48 Ermənistan hücum silahlarını niyə artırır? - VİDEO Bu gün, 08:48 Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb Bu gün, 08:48 WUF13-ə rəng qatan xarici qonaqlar - FOTOREPORTAJ Bu gün, 00:48 WUF13 xarici medianın gündəmində: Cənubi Qafqazın Avropa üçün önəmi artır Bu gün, 00:48 Fəqərəarası yırtıq hər kəsdə olur? - Nevroloq cavab verdi Dünən, 23:48 Azərbaycanı Avropada təmsil edəcək klublardan hansı nəticələr gözlənilir? Dünən, 23:48 İlon Mask "OpenAI"yə qarşı məhkəmə iddiasını uduzub Dünən, 23:48 "Beşiktaş" Sərgən Yalçınla yollarını ayırır Dünən, 23:48 Səudiyyə Ərəbistanında ilk kvant kompüteri işə salındı Dünən, 22:48 Pensiyaların verilməsi ilə bağlı əhaliyə ŞAD XƏBƏR Dünən, 22:48 "Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr müzakirə olunub Dünən, 22:48 İran Səhiyyə Nazirliyi Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə açıqlama verdi Dünən, 22:48 Bessent Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətinin uzadıldığını təsdiqləyib Dünən, 22:48 ABŞ-nin "İqtisadi qəzəb" əməliyyatına İranın cavabı gecikmədi - ŞOK QƏRAR Dünən, 22:48 Finlandiya dünya çempionatında ABŞ-ni darmadağın etdi Dünən, 21:48 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı Dünən, 21:48 Emin Əmrullayev "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb Dünən, 21:48 Anar Quliyev UN-Habitat-ın sabiq direktoru ilə görüşüb Dünən, 21:48 AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları ləğv edib Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR