29-12-2025, 17:48 178

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

AVESTA.AZ xəbər verir ki, qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və rəssam Emil Əziz qarşılayıblar.

Muzeyin ziyarət edilməsi zamanı Leyla Əliyeva, ilk növbədə, Emil Əzizin hazırda muzeydə nümayiş olunan "Naxış və siluet" adlı fərdi sərgisi ilə tanış olub.

Sərgi rəssamın Azərbaycan xalçaçılığının zəngin irsini, ənənəvi naxışları müasir bədii dildə yenidən təsvir etdiyi təxminən 50 əsərini birləşdirir. Qarabağ atlarının təsvirləri və siluetin hərəkəti, gücü və zərifliyi xalça motivlərinin ritmi və quruluşu ilə mükəmməl şəkildə birləşdirilən qadın portretləri əsərlərdə xüsusi yer alıb. Sərginin yanvarın 12-nə qədər davam edəcəyi qeyd edilib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədin "Faiq Əhməd: 2011–2024-cü illər" adlı retrospektiv sərgisinə baxıb.

Sərgi müəllifin yaradıcılığının əsas mərhələlərini əhatə edir və ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşmasını nümayiş etdirir. Burada klassik toxuculuq müasir bədii düşüncə, fəlsəfə və aktual vizual təcrübələrlə birləşir. Vurğulanıb ki, Faiq Əhmədin əsərləri dünyanın aparıcı muzeylərində və kolleksiyalarında geniş şəkildə təmsil olunur və beynəlxalq səviyyədə tanınır.

O, həmçinin görkəmli rəssam, alim, tədqiqatçı və Azərbaycan Milli Xalça Muzeyinin təsisçisi Lətif Kərimova həsr olunmuş sərgi ilə tanış olub. Leyla Əliyevaya məlumat verilib ki, 2026-cı ildə Azərbaycan xalçaşünaslıq elmi məktəbinin formalaşmasında və xalçanın milli mədəniyyətin həyati bir fenomeni kimi institutlaşmasında mühüm rol oynamış Lətif Kərimovun anadan olmasının 120 ili tamam olur.

Lətif Kərimov Azərbaycanın Xalq rəssamı, dövlət və beynəlxalq mükafatlar laureatı, fundamental elmi əsərlərin müəllifi, bir çoxu milli incəsənətdə əfsanəvi olan unikal xalça kompozisiyaları və dizaynlarının yaradıcısıdır. Leyla Əliyeva Lətif Kərimovun müəllifi olduğu xalçalarla, onun orijinal eskizləri ilə, eləcə də arxiv materialları ilə tanış olub.

Bundan əlavə, Leyla Əliyeva muzeyin III mərtəbəsində yenilənmiş sərgi ilə tanış olub, burada müasir müəllif xalçaları və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunur. Sərgidə iştirak edən rəssamlar arasında Eldar Mikayılzadə, Eldar Hacıyev, Samirə Allahverdiyeva, Çingiz Babayev, Tariel Bəşirov, Ali Pariyab və müasir Azərbaycan xalçaçılığının digər ustaları var.

Üçüncü mərtəbədəki yenilənmiş sərgidə əvvəllər nümayiş olunmamış əsərlər də təqdim olunur. Unikal xalça nümunələri ilə yanaşı, burada 1970-ci və 1980-ci illərin keramika, ağacoyma, batik, qobelen, bədii şüşə və digər dekorativ-tətbiqi sənət sahələrində nadir əsərlər də nümayiş olunur.

Paylaş

Xəbər lenti

İspaniya DÇ-2026-nın qalibi oldu Bu gün, 02:48 DÇ-2026-nın final oyununda əsas vaxt başa çatıb Bu gün, 01:48 Şuşa Qlobal Media Forumu və Azərbaycanın artan qlobal nüfuzu Bu gün, 00:48 DÇ-2026-nın final oyununda ikinci hissə başlayıb Bu gün, 00:48 Şahzadə Harri təhlükəsizlik məsələsini yenidən qaldırır Dünən, 23:48 DÇ-2026: Argentina - İspaniya final oyunu start götürdü Dünən, 23:48 Güc amili: Azərbaycanın "dəmir yumruq"dan sonrakı müdafiə strategiyası Dünən, 23:48 Antonelli Belçika Qran-prisində birinci olub Dünən, 23:48 Ev alan vətəndaşlar çıxılmaz vəziyyətdə: "Üç ildir buradayıq, indi gəlib çıxarırlar" Dünən, 23:48 Xəzər dənizində görünməyən təhlükə: Hər kəsin bilməli olduğu məqamlar Dünən, 22:48 "L7" qrupunun üzvü Cennifer Finç vəfat edib Dünən, 22:48 Atlantik okeanı üzərində iki sərnişin təyyarəsi toqquşma təhlükəsi yaşayıb Dünən, 22:48 Hakan Fidan: Ümid edirik ki, İran və ABŞ arasında razılaşma bərpa olunacaq Dünən, 21:48 Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb Dünən, 21:48 Naxçıvanda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var Dünən, 20:48 Konqoda "Ebola"ya yoluxanların sayı 2 267-yə yüksəlib Dünən, 20:48 Braziliya DÇ-2026 zamanı irqçilik iddiaları ilə bağlı FIFA və BMT-yə ŞİKAYƏT Dünən, 20:48 Sumqayıtda zəncirvari QƏZA Dünən, 19:48 Mənzil bazarında bahalaşma gözlənilir? Dünən, 19:48 Kürdəmirdə iki yük maşını toqquşub, mallar yola dağılıb Dünən, 19:48 Rusiya Xarkovu vurub: 3 ölü, 16 yaralı var Dünən, 19:48 Tanınmış məhsul antisanitar şəraitdə hazırlanır? - Qurumdan RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Əraqçı: "Biz Xameneinin öldürülməsi ehtimalını diqqətə almışdıq" Dünən, 18:48 Çimərliklərə gedən vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ Dünən, 18:48 Sabunçu rayonunda güclü yanğın baş verib Dünən, 18:48 İspaniya, yoxsa Argentina? - Bu gün dünya çempionu bəlli olacaq Dünən, 17:48 Tanınmış jurnalist Tofiqə Qasımova komadan çıxıb Dünən, 17:48 Tovuz ildırım evi vurdu, yanğın baş verdi - Xəsarət alanlar var Dünən, 17:48 ABŞ İranda Darxoveyn AES-in ətrafına zərbə endirib Dünən, 17:48 Altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsi başa çatıb Dünən, 16:48 FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb Dünən, 16:48 Sabunçu rayonunda açıq ərazidə yanğın başlayıb Dünən, 16:48 Köhnə Günəşlidə yolda tıxac sürücüləri təngə gətirib Dünən, 16:48 Ukrayna Qara dənizdə Rusiyaya məxsus iki tankeri vurdu Dünən, 16:48 Ən çox hansı çimərliklərdə boğulma təhlükəsi var? Dünən, 15:48 Zelenski: Kiyevə ən kütləvi hücumlardan biri həyata keçirilib Dünən, 15:48 İsmayıllıda AĞIR QƏZA: 3 nəfər həyatını itirdi Dünən, 15:48 Qarabağ kanalında 1 nəfər batıb Dünən, 15:48 Bakıda qadına qarşı zorakılıq: Şübhəli şəxs saxlanıldı Dünən, 14:48 SEPAH ABŞ ordusunun PUA-sını vurub Dünən, 14:48 Sabah bu ərazilərdə şimşək çaxacaq, dolu düşəcək Dünən, 13:48 "Facebook" istifadəçiləri giriş problemi ilə üzləşib Dünən, 13:48 Əfqan Cəlilov yeni departament rəisi təyin etdi Dünən, 13:48 İsmayıllıda qəzada 3 nəfər ölüb Dünən, 13:48 İnsanları gecə narahat edən motosiklet sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA Dünən, 12:48 Ağdamda minalanmış ərazidə yanğın olub Dünən, 12:48 Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib Dünən, 12:48 Ukraynanın Belqoroda PUA hücumları: Ölənlər və yaralananlar var Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR