
"Sabah" klubu müqavilə ilə Rusiya təmsilçisi "Rubin"ə məxsus olan özbəkistanlı futbolçu Umarali Rahmonaliyevin transfer hüququnu əldə edəcək.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi hazırda icarə əsasında Bakı klubunda çıxış edir.
U.Rahmonaliyev 2025-ci ildə "Sabah"da 36 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, onun Kazan klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" Rahmonaliyevi 800 min avro dəyərində qiymətləndirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.