3-01-2026, 17:48 250

Maduro və arvadına qarşı irəli sürülən İTTİHAMLAR MƏLUM OLDU

Nikolas Maduro və həyat yoldaşı Silia Flores narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi məlumat verib.

"Onlar tezliklə Amerika torpaqlarında, Amerika məhkəməsində ədalətin tam qəzəbinə tuş gələcəklər", - P.Bondi sosial media hesabında qeyd edib.

*** 14:57

"Venesuela Prezidenti Nikolas Maduro öz cinayətlərinə görə ədalət qarşısında cavab verəcək".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau öz "X" hesabında yazıb.

"Venesuela üçün yeni dövr. Tiran getdi", - deyə o, paylaşımda qeyd edib.

Həmçinin ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Maduronun həbsindən sonra ABŞ-nin Venesuelada əlavə tədbirlər görəcəyini gözləmir.

Rubionun sözlərinə görə, Venesuelaya qarşı hərbi əməliyyat Maduronun saxlanılması məqsədilə aparılıb.

Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılmasının fotosunu təqdim edirik:

Maduro və arvadına qarşı irəli sürülən İTTİHAMLAR MƏLUM OLDU

*** 14:17

Venesuela ABŞ-nin hərbi təcavüzünü pisləyir və səfərbərlik elan edir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri İvan Gil-Pinto öz "Telegram" hesabında bildirilib.

O bildirib ki, Prezident Nikolas Maduro milli müdafiə planlarının həyata keçirilməsini əmr edib, əhalinin və dövlət qurumlarının qorunması üçün bütün ölkə üzrə səfərbərlik barədə fərman imzalayıb.

Venesuela hökuməti bütün ictimai və siyasi qüvvələri səfərbər olmağa, ölkənin silahlı müdafiəsinə hazır olmağa çağırıb.

*** 12:56

ABŞ Venesuela parlamentinin binasına zərbə endirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Venesuelada ən azı 11 obyektə hücum edib.

"Karakasdakı federal qanunvericilik sarayı bombardman edilib", - o yazıb.

Prezident əlavə edib ki, La-Karlota aviabazası, Katiya-La-Mardakı dağ kazarmaları, eləcə də Fort Tiuna hərbi bazası bombalanaraq sıradan çıxarılıb. Petronun sözlərinə görə, El-Xatilyodakı hava limanı da zərbəyə məruz qalıb.

Bundan başqa, Barkisimetodakı 3 saylı F-16 bazası bombardman edilib, Çarallave şəhərindəki özəl hava limanı isə sıradan çıxarılıb.

Qeyd olunub ki, Miraflores rayonunda müdafiə planı aktivləşdirilib.

Petronun bildirdiyinə görə, Karakasın bir sıra rayonları, o cümlədən Santa-Monika, Fort Tiuna, Los-Tekes, "23 yanvar", eləcə də paytaxtın cənub hissəsi elektrik enerjisiz qalıb. Karakasın mərkəzi hissəsinə də hücumlar barədə məlumatlar var.

*** 12:23

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinə hücumla əlaqədar fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto bildirib.

"Prezident Nikolas Maduro Venesuela Konstitusiyasına, fövqəladə vəziyyətlər və milli təhlükəsizlik haqqında qanuna ciddi şəkildə uyğun olaraq, müvafiq vaxt və şəraitdə həyata keçirmək üçün bütün milli müdafiə planlarını aktivləşdirib", - o yazıb.

"Venesuela Bolivar Respublikası Birləşmiş Ştatların hazırkı hökuməti tərəfindən ölkənin paytaxtı Karakas şəhərinin mülki və hərbi bölgələrində, həmçinin Miranda, Araqua və La Quayra ştatlarında Venesuela ərazisinə və əhalisinə qarşı törədilmiş son dərəcə ağır hərbi təcavüzü pisləyir və beynəlxalq ictimaiyyətə bəyan edir", - Pinto bildirib.

O vurğulayıb ki, bu akt "Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin, xüsusilə də suverenliyə hörmət, dövlətlərin hüquqi bərabərliyi və güc tətbiqinin qadağan olunmasını təsbit edən 1 və 2-ci maddələrinin kobud şəkildə pozulmasıdır".

"Bu təcavüz beynəlxalq sistemdə, xüsusən də Latın Amerikası və Karib regionunda sülh və sabitliyi təhdid edir, milyonlarla insanın həyatını ciddi təhlükə altına qoyur. Bu hücumun məqsədi Venesuelanın strateji ehtiyatlarını, xüsusən də neft və faydalı qazıntılarını ələ keçirmək, ölkənin siyasi müstəqilliyini zor gücü ilə sarsıtmaq cəhdidir. Bu cəhd iflasa məhkumdur", - xarici işlər naziri qeyd edib.

"Biz Latın Amerikası, Karib regionu və bütün dünya xalqlarını və hökumətlərini bu imperialist təcavüzə qarşı fəal həmrəyliyə çağırırıq", - XİN başçısı bildirib.

Maduro və arvadına qarşı irəli sürülən İTTİHAMLAR MƏLUM OLDU

*** 11:53

Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evi və paytaxt Karakasdakı liman artilleriya atəşinə tutulub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı "Sky News Arabia" yayıb.

"ABŞ Maduro rejimini devirmək üçün çalışır və müxalifətə dəstək verir", - deyə telekanala danışan mənbələr aviabazanın Karakasa endirilən zərbələrin əsas hədəfi olduğunu qeyd edib.

Ölkənin şimalında, dəniz akademiyasının yerləşdiyi Varqas əyalətindəki "La Quaira" hərbi dəniz bazasına ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələrinə məxsus "Su-30MKV" döyüş təyyarələrini qaldırıb.

İlkin məlumatlara görə, Karakasda ən azı altı obyektə hücum edilib. Onların arasında "Fort Tiuna" və "Fransisko de Miranda" bazaları, Varqasdakı "La Guaira" hərbi dəniz bazası və Karib dənizində çoxsaylı hərbi obyektlərin yerləşdiyi Marqarita adası da var.

Şahidlər Karakasda atışma olduğunu bildirirlər. İlkin məlumata görə, ABŞ hərbçiləri paraşütlə Venesuelanın paytaxtına eniblər. Yerli mətbuatın məlumatına görə, quru döyüşləri davam edir.

Venesuelaya məxsus zirehli texnikalar Karakasdakı Miraflores prezident sarayına doğru irəliləyir. Paytaxt sakinləri təşviş içərisində şəhəri tərk edirlər.

Eyni zamanda Miranda ştatının İquerota hava limanı yaxınlığında da güclü partlayışların olduğu bildirilir.

Maduro və arvadına qarşı irəli sürülən İTTİHAMLAR MƏLUM OLDU

*** 11:06

Venesuelanın paytaxtı Karakasda silsilə partlayışlar baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İlkin məlumatlara görə, partlayışlar hərbi obyektlərdə baş verib. Forte Tiuna və Fransisko de Miranda aviabazalarına hücum olunub.

KİV-in məlumatına görə, şəhərin cənub hissəsi işıqsız qalıb.

Zərbələrdə "RGM-109E" və "AGM-86D" qanadlı raketlərindən istifadə edilib. Yerli sakinlər sosial şəbəkələrdə Karakasın müxtəlif ərazilərində güclü partlayışlar barədə videolar yayımlayırlar.

Ölkə paytaxtının üzərində bir neçə helikopter görüntülənib.

İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.

Paylaş

Xəbər lenti

Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR