
İndoneziyanın Bandunq şəhərində polis bölməsində baş verən terror aktında azı üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilib ki, polis idarəsinin daxilində partlayışı kamikadze törədib.
Daha öncə “Antara” agentliyi partlayışın yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 05:30) baş verdiyini bildirmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.