
İstanbulda məşhurlara qarşı aparılan narkotik əməliyyatları çərçivəsində saxlanılan və daha sonra buraxılan Şeyma Subaşı açıqlaması ilə gündəmə gəlib.
AVESTA.AZ xəbər verir ki, o test nəticələri hələ açıqlanmadan narkotik maddə istifadə etdiyini etiraf edib.
Qeyd edək ki, barəsində daha öncə axtarış qərarı çıxan Subaşı, xaricdən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daha sonra Subaşı barədə ölkədən çıxış qadağası tətbiq olunaraq buraxılıb.
İstintaq çərçivəsində Şeyma Subaşıdan Məhkəmə-Tibb Qurumunda saç və qan nümunələri götürülüb.
Onun narkotik maddə istifadə edib-etmədiyi aparılacaq ekspertiza nəticəsində dəqiqləşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.