
Sumqayıt şəhərində ağacın qaz xəttinin üzərinə aşması səbəbindən 650 abonentin qaz təchizatında fasilə yaranıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, şəhərin 4-cü mikrorayon ərazisində irigövdəli ağac diametri 108 mm olan qaz xəttinin üzərinə aşaraq onu zədələyib.
Yaranmış təhlükənin aradan qaldırılması məqsədilə aparılan təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 650 abonentin qaz təchizatı dayandırılıb.
İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.