9-01-2026, 14:48 256

Audiovizual Şura üç televiziya və bir radionun yayımını müvəqqəti dayandıracaq

Audiovizual Şura "Dünya TV", "MTV", "Space TV" və "Space FM"in yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Şuradan BAKU.WS-ə verilən məlumata görə, 2026-cı il yanvarın 9-da ilk iclas keçirilib və 2 yeni lisenziya verilmiş, 1 lisenziya ləğv olunmuş, 3 televiziya və 1 radio kanalının yayımının 3 saatlıq müvəqqəti dayandırılması haqqında qərarlar qəbul olunub.

Məlumata görə, iclasda keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunub və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara 3 saatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub.

Bildirilib ki, 14 noyabr 2025-ci il tarixdə "Dünya TV" kanalında yayımlanan "Alo doktor" proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 21.00-dan saat 24.00-dək "Dünya TV" televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

Həmçinin 27 noyabr 2025-ci il tarixdə "MTV" kanalında yayımlanan "Çıxış yolu" proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 15.00-dan saat 18.00-dək "MTV" televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

3 dekabr 2025-ci il tarixdə isə "Space FM" radio kanalının efirində yayımlanan "Radio diaqnoz" proqramında həkimə aid reklam zamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 18.00-dan saat 21.00-dək "Space FM" radio kanalının yayımı 3 saatlıq dayandırılacaq.

İclasda keçən ilin 25 dekabr tarixində "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı da müzakirə olunub. Şura üzvlərinin ümumi fikrinə əsasən, yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunub və "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulub. "Space TV" kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə "Space TV" televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib.

Bunlarla yanaşı, "Azercell Telekom" MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə də baxılıb. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura xidmət adı "Kinon" olmaqla "Azercell Telekom" MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Bundan sonra, iclasda "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunub. Qeyd olunub ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən "Neftçi TV" kanalı ilə bağlı Audiovizual Şura tərəfindən "Neftçi Media" MMC-yə bir neçə dəfə bildiriş verilmiş, xəbərdarlıq olunub. Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura "Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

Paylaş

Xəbər lenti

ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib Bu gün, 21:48 Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib Bu gün, 21:48 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Bu gün, 21:48 NYT: Trampın Qrenlandiya ilə bağlı bəyanatı ada sakinlərində çaşqınlıq yaradıb Bu gün, 21:48 Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü Bu gün, 20:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb Bu gün, 20:48 Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Bu gün, 20:48 Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb Bu gün, 19:48 Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı Bu gün, 19:48 Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı Bu gün, 19:48 CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib Bu gün, 19:48 Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Bu gün, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib Bu gün, 18:48 Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi? Bu gün, 18:48 Bilgəhdə 2 nəfər dənizdə batıb Bu gün, 18:48 Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq" Bu gün, 18:48 Şahməddin Abdullayevə vəzifə verildi Bu gün, 18:48 Muğla bələdiyyəsinin sədri: Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələrimiz var Bu gün, 17:48 Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var Bu gün, 17:48 Göygöl rayonuna dolu düşüb - Faktiki hava Bu gün, 17:48 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi Bu gün, 17:48 Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 17:48 DİN Daxili Qoşunlarının hərbi qulluqçusu: "Tək istəyimiz tapşırığı nəyin bahasına olursa-olsun icra etmək idi" Bu gün, 17:48 Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb Bu gün, 16:49 Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir Bu gün, 16:49 Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb Bu gün, 16:48 Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib Bu gün, 16:48 Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var Bu gün, 16:48 "İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb Bu gün, 16:48 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər? Bu gün, 15:48 "Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı Bu gün, 15:48 Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək Bu gün, 15:48 Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu Bu gün, 15:48 Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb Bu gün, 15:48 Rihannadan ŞOK ETİRAF: "Həyat yoldaşımı sevərək evlənmədim!" Bu gün, 15:48 Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb Bu gün, 15:48 Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib Bu gün, 14:48 İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - SİYAHI Bu gün, 14:48 Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib Bu gün, 14:48 "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir Bu gün, 14:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nəriman Axundzadə də yer alıb Bu gün, 14:48 Alim Qasımovla Üzeyir Mehdizadə duet oxudu Bu gün, 14:48 Həkimlər üçün yeni sertifikasiya qaydası: İmtahan verməyənlər nə qədər bal toplamalıdırlar? Bu gün, 14:48 Azərbaycan fındıqdan sərvət qazandı - İnanılmaz rəqəmlər Bu gün, 13:48 "Haber Global": "15-18 min nəfərlik hərbi qrup 24 saatdan az müddətdə təslim olmağa məcbur edildi" Bu gün, 13:48 Səbinə Əliyeva: Erməni əsilli məhbusların hüquqlarının pozulması ilə bağlı xəbərlər qərəzli siyasi məqsəd daşıyır Bu gün, 13:48 Prezidentin köməkçisi Pəncəli Teymurovun ailəsinin toy məclisinə qatıldı - Qol qaldırıb oynadı Bu gün, 13:48 AKTA regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlığını qiymətləndirib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR