9-01-2026, 19:48 249

Yevlaxda kişi onuncu uşağa hamilə qalan arvadını qısqandı: Öldürməyə cəhd etdi

Yevlax rayonunda 1985-ci il təvəllüdlü Tural qısqanclıq zəminində 10-cu övladına hamilə olan Səmayəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

AVESTA.AZ "Teleqraf"a istinadən xəbər verir ki, o, hamilə qalan arvadının başqa bir kişi ilə sevgi münasibətlərindən şübhələnib.

2024-cü il avqustun 12-də təxminən saat 9 radələrində o, Səmayəyə bankdan pul krediti götürmək istədiyini və onunla birlikdə banka getməli olduğunu deyib.

Birlikdə evdən çıxaraq piyada Yevlax şəhərindəki bank filialına gəliblər. Arvadına krediti götürə bilməyəcəyini deyib, piyada evlərinə doğru qayıdıblar. Dəmir yolu xəttinin yaxınlığına çatanda ər-arvad qısqanclıq üstündə mübahisə ediblər. Tural qəfildən gizlətdiyi bıçaqla onlara yaxınlaşan azyaşlı övladının gözü qarşısında arvadına zərbələr vurub.

Bıçağın əyildiyini görəndə onu yerə ataraq sınmış şüşə qabın parçasını əlinə götürüb. Hadisə zamanı qadın ümumilikdə 11 xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Tural deyib ki, özünü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə təqsirli bilir.

Turalın sözlərinə görə, arvadına qonşu evinə getməməyi tapşırıb:

"Amma o buna məhəl qoymadı, hadisədən əvvəl qonşuluqda yaşayan şəxsin evinə getdi, mən də onun niyyətini səhv başa düşdüm. Həmin vaxt sərxoş idim. Qısqanclıq zəminində aramızda mübahisə oldu. Mənim və atamın ünvanına nalayiq ifadə işlətdi. Bu səbəbdən əlimdə olan metal alət və şüşə parçası ilə ona xəsarət yetirdim. Arvadımı öldürmək niyyətim olmayıb".

Tural, həmçinin ifadəsində göstərib ki, ibtidai istintaq zamanı ifadə verərkən huşu özündə olmayıb.

Məhkəmədə Turalın ibtidai istintaqa verdiyi ifadəsi də araşdırılıb. O, həmin ifadəsində qeyd edib ki, təxminən 20 il əvvəl xalası qızı Səmayə ilə qeyri-rəsmi ailə həyatı qurub:

"4-5 il əvvəl rəsmi nikaha daxil olduq, doqquz övladımız var. Əvvəllər aramızda heç bir mübahisəmiz olmayıb.

Hadisədən 3-4 ay əvvəl Səmayənin mənə xəyanət etməsindən şübhələnməyə başladım. Bəzən gecələr yuxudan qalxanda arvadımı evdə tapmırdım. Bir neçə saat sonra evə gəlirdi. Səhəri gün harada olduğunu soruşanda məsələnin mənə aidiyyətinin olmadığını bildirirdi. Nə üçün bu cür hərəkətlər etdiyini soruşduqda isə şəxsi həyatı olduğunu söyləyirdi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Səmayə hamilə olması barədə hadisədən 20-25 gün əvvəl ona məlumat verib:

"Onun başqa birindən hamilə qalmasından şübhələndim.

2024-cü il avqustun 11-də gecə saat 4 radələrində yuxudan oyananda arvadımı yanımda görmədim. Çölə çıxıb onu səslədim. Hasarın üstünə çıxdıqda arvadımla qonşumuzu gördüm.

Ondan orada nə etdiyini soruşdum, mənə heç bir aidiyyəti olmadığını bildirdi. Əsəbiləşərək hasarı o tərəfə aşdım. Arvadım qonşu ilə birlikdə onun evinə girib, qapını bağladı, mən də məcburən öz evimə qayıtdım. Bir saat sonra arvadım geri qayıtdı. Ondan hansı səbəbə qonşunun evinə getdiyini soruşdum. Əhmədlə münasibətinin olduğunu dedi.

Arvadımı öldürmək qərarına gəldim, polad materialdan olan məftili biz formasına gətirdim".

Tural qeyd edib ki, avqustun 12-də gecə saat 3-4 radələrində yuxudan oyandıqda Səmayənin yenə də evdə olmadığını görüb:

"Saat 6 radələrində arvadım evə gəldi. Haradan gəldiyini soruşdum, Əhmədin evində olduğunu dedi.

Həmin gün bankdan kredit almaq adı ilə arvadımla banka getdik. Evə qayıdarkən saat 10 radələrində dəmir yolu xəttinin yaxınlığında biz formalı polad materiallı alətlə Səmayənin kürək nahiyəsinə iki, boğaz nahiyəsinə bir, sol ayağının yuxarı ətrafına bir zərbə vurdum. Biz əyildiyindən onu yerə tulladım.

Bir qadın arvadıma zərbə vurmaqdan məni çəkindirməyə çalışdı. Təsadüfən orada olan 7 yaşlı oğlum da hadisəni gördü. Yerdən sınmış vəziyyətdə olan şüşə materiallı butulkanı götürdüm, arvadımın sifətinə iki zərbə vurdum. Arvadımın öldüyünü düşündüm və könüllü olaraq polis şöbəsinə təslim oldum".

İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, həyat yoldaşı Tural spirtli içkiyə meyilli olub, 3-4 gündən bir spirtli içki qəbul edib:

"Sərxoş olanda qısqandığına görə mübahisə edir, bəzi hallarda məni döyürdü. O, evə sərxoş vəziyyətdə gələndə dava-dalaş olmaması üçün ya qayınanamgilə, ya da qonşu evinə gedib gözləyirdim.

Hadisədən 4-5 gün əvvəl ərim evə sərxoş gəldi. Dava-dalaşın olmaması üçün sakitləşənədək çölə çıxdım. Qonşuların evinə getdiyimə görə ərim məni qısqanır, aramızda mübahisə olurdu".

Zərərçəkmişin ifadəsinə görə, avqustun 12-də səhər saat 9 radələrində əri ona nağd pul krediti almaq adı ilə banka getməyi təklif edib:

"Bankdan evə qayıdarkən dəmir yolu xəttinin yaxınlığında ərim biz formalı alətlə qəfildən kürək nahiyəmə bir neçə zərbə vurdu. Turala müqavimət göstərməyə başladım. Təsadüfən azyaşlı oğlum da orada idi.

Oğlumdan kömək istədim, o da küçədən adam çağırdı. Tural mənə zərbələr vuranda məni öldürmək istədiyini deyirdi".

Səmayə bildirib ki, hadisə baş verən zaman təxminən 9-10 həftəlik hamilə olub:

"Bir ay əvvəl bu barədə ərimə məlumat vermişdim. Aldığım xəsarətlərlə əlaqədar xəstəxanada əməliyyat olunduqda bətnimdəki döl düşdü.

Əhməd bizimlə qonşuluqda yaşayır. Onunla aramızda hər hansı münasibət olmayıb. Gecə yaşadığım evi tərk etməmişəm. Əhmədin arvadı ilə aramızda normal münasibət olub və bir-birimizin evinə gedib-gəlmişik".

İş üzrə şahid qismində danışan Əhmədin sözlərinə görə, Səmayə ilə hər hansı sevgi münasibətində olmayıb:

"Avqustun 11-də və ya bundan əvvəlki günlərdə gecə vaxtı Səmayə mənim evimə gəlməyib. Tural da arvadı ilə məni birlikdə görməyib".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Tural 11 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Paylaş

Xəbər lenti

Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR