8-12-2022, 12:35 489

Mədəni irsin mühafizəsi sahəsi ilə bağlı UNESCO-ya təkliflər paketi təqdim olunacaq

Mədəni irsin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərin tətbiqinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyə və təkliflər paketi hazırlanaraq UNESCO-ya təqdim olunacaq.

"Report"un xəbərinə görə, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Dövlət Turizm Agentliyi, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda bildirilib.

Toplantının açılış mərasimində Baş nazirin müavini və "Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın sədri Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış ediblər.

ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə konfrans iştirakçılarını salamlayıb, tədbirdən öncə Ağdam və Füzuliyə səfər edərək Qarabağdakı dağıntıları, yenidənqurma və bərpa işlərini yerində müşahidə edən Fransa, İsrail, Pakistan, Rumıniya, Rusiya, Sloveniya Türkiyə və Ukraynadan olan iştirakçılara minnətdarlığını bildirib.

Konfransda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın UNESCO-nun mədəniyyət, təhsil, ekologiya, idman və digər sahələr üzrə ümumilikdə 14 Konvensiyasına üzv olduğunu vurğulayaraq bunlardan ikisinin - 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il Ümumdünya İrs Konvensiyasının bilavasitə mədəni sərvətlərin qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu konvensiyalardan irəli gələn öhdəliklərə sadiq qalır.

Mədəniyyət naziri Anar Kərimov işğaldan azad olunmuş ərazilərdəki 864 mədəni müəssisənin monitorinqinin aparıldığını və bu monitorinqlər zamanı bəzi abidələrin qəsdən dağıdıldığının, mənimsənildiyinin, abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyinin aşkarlandığını bildirib.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev çıxışı zamanı 2022-ci ildə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 ilinin tamam olduğunu xatırladıb, Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı və fəal üzvü olduğunu qeyd edib. Mahmud Məmməd-Quliyev bu günədək UNESCO-ya Azərbaycan tərəfindən ünvanlanmış çoxsaylı müraciətlərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərə hələ də bu missiyanın göndərilmədiyini qeyd edib. Nazir müavini xarici ekspert və diplomatların iştirak etdiyi bu konfransda texniki missiyanın göndərilməsi üçün UNESCO-ya çağırış edib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istənilən ölkədə turizmin inkişafında mədəni irsin əvəzedilməz rol oynadığını nəzərə çatdırıb. Fuad Nağıyev Dövlət Turizm Agentliyinin təşəbbüs və dəstəyi ilə ICOMOS-un Azərbaycan Milli Komitəsinin təsis edildiyini bildirərək ölkədə turizm baxımından əhəmiyyətli 8 qoruğun idarəedilməsi siyasətində Ümumdünya İrs Konvensiyasının müddəalarının da əks olunduğunu ifadə edib.

Daha sonra ICOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünal hazırda dünyada baş verən münaqişələr fonunda mədəni abidələrin dağıntılara məruz qaldığını vurğulayaraq onların qorunmasında 1954-cü ildə və 1972-ci ildə imzalanmış UNESCO konvensiyalarının icrasının vacibliyini xatırladıb.

UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz TÜRKSOY-a üzv ölkələrin qeyri-maddi mədəni irsin qorunmasında birgə həyata keçirdiyi tədbirlərdən bəhs edib, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Açılış mərasimindən sonra elmi konfrans panel sessiyalarla davam edib.

ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən sessiyada 1954-cü il Haaqa Konvensiyasının və protokollarının tətbiqindəki müsbət təcrübələr və çətinliklər müzakirə olunub.

Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin rəhbəri Şirin Məlikovanın moderatorluğu ilə təşkil olunan paneldə isə UNESCO konvensiyalarının muzeylərin işinin təkmilləşdirilməsi istiqamətində tətbiqindən bəhs edilib.

ICOMOS Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudovanın moderatorluğu ilə keçirilən son sessiyada Ümumdünya İrs Konvensiyasının 50 illiyi ərəfəsində görüləcək yenidənqurma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Konfransın yekununda mədəni irsin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərin tətbiqinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyə və təkliflər paketinin hazırlanaraq UNESCO-ya təqdim olunması nəzərdə tutulur.

Paylaş

Xəbər lenti

Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR