
Virusa yoluxaraq reanimasiyaya yerləşdirilən məşhur aktyor Haldun Dormenin vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, 97 yaşlı Dormenin süni tənəffüs aparatına qoşulduğu bildirilib.
Bu barədə aktyporun oğlu Ömer Dormen məlumat yayıb.
O qeyd edib ki, atası hələ də reanimasiyadadır və sevənlərinin duası sayəsində o bu vəziyyətdən xilas olacaq:
"Atamın müalicəsi reanimasiyada davam etdirilir. Atamın da bunun öhdəsindən gələcəyinə ürəkdən inanıram. Ümid edirəm ki, yaxın günlərdə sizinlə xoş xəbərləri bölüşə bilərik. Xahiş edirəm, ondan dualarınızı əsirgəməyin!".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.