
Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsində tikinti işlərinə start veriləcək.
AVESTA.AZ-in Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 33 898 511 manat təşkil edir.
Layihə çərçivəsində Zəngilan şəhərində salınacaq 2-ci yaşayış məhəlləsində çoxmənzilli yaşayış binalarının tikintisi və bütün tikinti-quraşdırma işlərinin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, tikinti işləri Zəngilan şəhərində məskunlaşmanı sürətləndirəcək, əhalinin mənzil şəraitini yaxşılaşdıracaq və regionda sosial-iqtisadi canlanmanın artmasına mühüm töhfə verəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.