
"Həyata, anaya, ailəyə, körpələrə mərhəmət hissi onlara yaddır"
"Öldürülən, işgəncə verilən sadə insanların, əlləri bağlı əzabla öldürülən qocaların, lüt soyundurulub zorlanan və yandırılan qızların fotolarını dərc etmək mümkün deyil..."
Xaricdə olan bütün tanışlarıma İrpen və Buça şəhərlərindən çəkilən və dərc edilməsi mümkün olmayan foto və video- materialları göndərmişəm. Bunu görməzdən gəlmək olmaz.
Avesta.az xəbər verir ki, bunu Ukraynanın sabiq daxili işlər naziri, 2005- 2010- cu illərdə Xarkov vilayət dövlət administrasiyasının sədri olmuş Arsen Avakov "QORDON" internet- nəşrindəki bloqunda yazıb.
Müharibədən bir ay öncə mən bir diplomatla söhbətimdə ağılsız olmuşam. Daha doğrusu, bu, iki ağılsız adamın söhbətinə bənzəyirdi.
O, mənə təhrikedici sual verdi: "Rusların raket- hava potensialının dəfələrlə çox üstün gücündən Ukrayna ordusu necə müdafiə oluna bilər ki?"
"Bəs ruslar raketlərin birinin səhvən doqquzmərtəbəli binaya düşəcəyi təqdirdə bu üstünlüyünə necə haqq qazandıracaq? O zaman, Allah eləməsin, mülki əhali zərər çəksə, necə olacaq? Bütün dünya ayağa qalxsa necə? Onları tez bir zamanda çarmıxa çəkərlər", - mən ona etiraz etmişdim.
"Yox, - diplomat mənə deyib. - Bu, real deyil. Əlbəttə, onlar evləri atəşə tutacaq".
*
Dünən uşaqlar İrpendə və Buçada düşmənin dağıntılarını təmizləyəndən sonra Kiyevə gəlib. Onlar soyuqdan donmuş, yorğun, öz işlərini görəndən sonra gördüklərindən şok keçirmiş ovqatdaydı.
Foto, video materiallara baxın...Siz də nələrisə bəlkə görmüsünüz. Nələrisə, aman Allah, yaxşı ki, görməmisiniz. Öldürülən, işgəncə verilən sadə insanlar, zorlanan və öldürülən qadınlar...
Yox! Buralara raket təsadüfən düşməyib. Onlar, rus əsgərləri, insan kimi davranmayıb, özlərini vəhşi kimi aparıb. Bu, onlara icazə verilib, onlar bununla xoşlanıb, öz vəhşiliyini nümayiş etdirməkdən ləzzət alıblar. Həyata, anaya, ailəyə, körpəyə hörmət hissləri onlarda büsbütün yoxdur. Və bu dövlət siyasətidir- alçaq Putindən tutmuş İrpen körpüsündə ciblərini talan etdikləri üzüklərlə dolduran Kemerovo XTMT- çilərinədək hamısının əsl simasıdır.
Mən heç bir istisnalar və düzəlişlər etməyəcəyəm, qoy hər bir rus bu sərt sözləri özünə aid etsin, o, buna yol verib və buna layiqdır.
Rus cəmiyyəti ağır xəstədir.
Mən o diplomatla söhbətimdə necə də sadəlövh olmuşam. Elə Qərbdəkilər də axmaqdır, bütün baş verənlərdən sonra hələ də bu illüziyalardan əl çəkə bilmirlər.
Onlara, xaricilərə, bizdə baş verənlər o qədər vəhşi görünür ki, bunu ağıllarından belə keçirə bilmir.
Yox, cənablar, bunları görməzdən gəlmək, "gözləri bərəldərək" sakit oturub baxmaq, təəssüflənməklə və ya NATO- nun çətiri altında gizlənməklə laqeyd qalmaq olmaz.
Əgər siz bu şərə belə sakitcə və zəif münasibət sərgiləsəniz, sizi də bu aqibət gözləyəcək. Yerinizdən tərpənməsəniz, Ukraynaya indikindən 100 dəfə tez kömək etməsəniz, bu, sizi də mütləq haqlayacaq!
Azar edilmiş şəhər cə kəndlərdən çəkilən bütün bu kadrlardan, danışıqlardan, kişilərin nəm gözlərindən, dostların və həmkarların ölümündən mən gözlərimi qırpa bilmirəm.
Bu səhər İrpen və Buça şəhərlərində çəkilən foto və video materialları xaricdəki tanışlarıma, nazirlərə, diplomatlara, rəhbər vəzifəli şəxslərə göndərmişəm. O kadrları ki, onları dərc etmək mümkün deyil. O kadrlara bircə dəfə də baxmaq olmaz. O kadrları mən bircə dəfə də dərc edə bilməyəcəyəm.
Vəhşicəsinə əzab verilən, öldürülmüş dinc sakinlərin, lüt soyundurub yandırmaq istədikləri qızların fotolarını...Öldürülmüş qocaların, əlləri bağlanmış və güllələnmiş dinc sakinlərin fotolarını göndərmişəm.
Onlar keçmişdə mənim həmkarlarım olub, əksəriyyəti çox yaxşı insanlardı və müharibə başlayandan sonra mənimlə yazışıblar. Mən onlara hər şeyi həmişə doğru- düzgün demişəm. Bu dəfə də dürüst olacağam.
Bəzən yaxşı olmaq artıq azdır...