
ABŞ regionda gərginliyin artması fonunda növbəti sutka ərzində İrana zərbələr endirə bilər.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti olan israilli rəsminin sözlərinə görə, ABŞ Prezidenti Donald Trump artıq əməliyyatın keçirilməsi ilə bağlı prinsipial qərar verib.
Bununla belə, mümkün hərbi müdaxilənin dəqiq vaxtı və miqyası hələlik aydın deyil.
Mənbələr qeyd edir ki, Qərb paytaxtlarında aparılan müzakirələr Vaşinqtonun İrana qarşı güc variantına ciddi şəkildə hazırlaşdığını və bölgədə gərginliyin kəskin artdığını göstərir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.