
İran aviasiya təhlükəsizliyi ilə bağlı fövqəladə qərar qəbul edərək ölkənin hava məkanında uçuşlara ciddi məhdudiyyətlər tətbiq edib.
AVESTA.AZ xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının yaydığı NOTAM bildirişinə əsasən, xüsusi icazə almış beynəlxalq reyslər istisna olmaqla, ölkə üzərindən hava hərəkəti müvəqqəti dayandırılıb.
Uçuşların izlənməsi üzrə beynəlxalq "Flightradar24" platformasının məlumatında göstərilir ki, hazırda İran hava məkanında yalnız Banqkok və Quançjou istiqamətindən hərəkət edən iki təyyarə qeydə alınıb.
Bu isə hava sahəsinin faktiki olaraq tam nəzarət altına alındığını göstərir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.