
Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "Ford Transit" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində həyatını itirib.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.