
Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var.
AVESTA.AZ APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
"BakuBus"a məxsus sərnişin avtobusu ilə "KamAZ" markalı yük maşını toqquşub.
Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.