
Abşeron rayonunda minik avtomobili ilə sərnişin avtobusu toqquşub.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Saray körpüsündə qeydə alınıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.