
Salyan sakini dəm qazından boğularaq ölüb.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Vaqif oğlu Paşayev hamam otağında dəm qazından boğulub. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.