
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayıb.
AVESTA.AZ xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.
Belə ki, 5 gün davam edəcək tətil məktəbəhazırlıq qruplarına da şamil edilir.
Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.