
Bakı şəhərində metronun "28 May" stansiyasının yaxınlığında avtoqəza olub.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən ərazidə 77-JS-678 nömrə nişanlı 5 nömrəli marşrut xəttində "BakuBus"ın avtobusu ilə "Ford" markalı, 10-TX-252 dövlət nömrə nişanlı yük maşını toqquşub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.