
İsveç “Gripen” qırıcılarını Ukraynaya ötürmək niyyətində deyil.
“AVESTA.AZ” -a istinadən xəbər verir ki, bu barədə bu gün Odessa-Ukrayna Media Mərkəzində Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla birgə keçirdiyi brifinqdə İsveçin müdafiə naziri Pol Yonson bildirib.
“Açığı, “Gripen” təyyarələrini göndərmək planları yoxdur”, - isveçli nazir vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, İsveçdən Ukraynaya yeni yardım paketi müasir hava hücumundan müdafiə sistemlərinin tədarükünü nəzərdə tutur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.