29-01-2026, 10:48 180

Şirkət əməkdaşı yükdaşıma vədi ilə 46 minlik dələduzluq etdi, amnistiyaya düşdü

Dələduzluqda təqsirləndirilən Zakir İbrahimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik ili" münasibətilə elan edilən amnistiya Orxan Məmmədliyə tətbiq edilməklə və o, Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

İttiham aktına əsasən, Zakir İbrahimov 2023-cü ildən etibarən etibarnamə əsasında "Caspian Agroholdinq" MMC-ni təmsil etdiyi müddət ərzində qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə özgənin əmlakını ələ keçirib. O, etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) inamını qazanaraq, ona həqiqətə uyğun olmayan yalan vədlər verib.

Belə ki, təqsirləndirilən şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olmasına dair yalan məlumat verərək, 31 236 ABŞ dolları müqabilində bir konteyner günəbaxan yağının Rusiyanın Novorossiysk şəhərindən Seneqalın Dakar şəhərinə daşınacağını vəd edib. Bu məqsədlə 2025-ci ilin mart ayının ilk həftəsində paytaxt ərazisində yerləşən "Çaykənd" kafesində zərərçəkmiş şəxslə görüşüb.

Bu görüş zamanı Zakir İbrahimov əvvəlcə 10 000 ABŞ dolları, daha sonra isə 17 320 ABŞ dolları olmaqla, ümumilikdə 27 320 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib. Həmin məbləğ dövrün məzənnəsinə uyğun olaraq 46 444 manat təşkil edib. Nəticədə F.F.-ə xeyli miqdarda maddi ziyan vurulub.

Məhkəmə iclasında Zakir İbrahimov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib.

O, məhkəmədə bildirib ki, pulun ünvanına çatmaması səbəbindən yükün daşınması baş tutmayıb, bundan sonra zərərçəkmiş şəxsdən pulu geri qaytarmaq üçün vaxt istəyib. Hazırda isə vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edib.

Təqsirləndirilən şəxs səmimi ifadə verməsini, törətdiyi əməldən peşmanlığını, ailəli və azyaşlı uşaqlarının olduğunu, həmçinin ziyanın ödənildiyini nəzərə alaraq, amnistiya aktının tətbiqini məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, ümumilikdə 28 000 ABŞ dolları pul ödəsə də, sənədlərdə 27 300 ABŞ dolları göstərilib. Hazırda ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya tələbinin olmadığına dair məhkəməyə müvafiq ərizə təqdim edib.

Paylaş

Xəbər lenti

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB Bu gün, 10:48 Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə Baş Dövlət Yol Polisi İdarəsindən REAKSİYA Bu gün, 10:48 Bakıda tikilidə yanğın olub, 36 yaşlı kişinin meyiti aşkarlanıb Bu gün, 10:48 Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib Bu gün, 10:48 Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb Bu gün, 10:48 Azərbaycanda istiqraz bazarının təkrar seqmenti avtomatlaşdırılır Bu gün, 10:48 Naxçıvan şəhərinin bəzi ərazilərində qaz olmayacaq Bu gün, 10:48 Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaş qəbulu keçirəcək Bu gün, 10:48 Azərbaycanda qadınlar kişilərdən daha uzunömürlüdürlər Bu gün, 10:48 Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq həbs edilib Bu gün, 09:48 Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı Bu gün, 09:48 Yaponiyada qasırğa səbəbindən 280-dən çox reys ləğv edilib Bu gün, 09:48 AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq Bu gün, 09:48 Universitetdəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı Bu gün, 09:48 ADB Azərbaycanda sərhəd-keçid məntəqələrini modernləşdirməyə pul ayıracaq Bu gün, 09:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb Bu gün, 00:48 Frankfurt-Dehli sərnişin təyyarəsi nasazlıq səbəbindən Bakıya məcburi eniş edib Bu gün, 00:48 UEFA Çempionlar Liqası: "Sabah" dördüncü qolu "Hapoel"in qapısından keçirib Dünən, 23:48 FT: Blokadaya görə İranın 20 tankeri Şri-Lanka sahillərində qalıb Dünən, 23:48 Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ Dünən, 23:48 Türkiyənin iki vilayətində zəlzələ olub Dünən, 23:48 Sabah 9 rayonun bəzi ərazilərində işıq kəsiləcək Dünən, 23:48 Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir Dünən, 22:48 Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur Dünən, 22:48 Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb Dünən, 22:48 Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda əlavə vaxt olacaq Dünən, 22:48 Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb Dünən, 21:48 Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq Dünən, 21:48 53 yaşlı kişi qətlə yetirilib Dünən, 21:48 Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib Dünən, 21:48 Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib Dünən, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub Dünən, 21:48 "Mançester Yunayted" Karlos Balebanı heyətinə qatdığını açıqlayıb Dünən, 21:48 Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq Dünən, 21:48 Nə müharibələr, nə pandemiyalar zamanı olmuşdu: Bəşəriyyət azalmaq təhlükəsi ilə üz-üzə Dünən, 21:48 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib Dünən, 20:48 Yaxın Şərqdə yeni mərhələ: Parçalanan dövlətlər toparlana biləcək? Dünən, 20:48 Sabah" - "Hapoel" oyununun start heyətləri bəlli oldu Dünən, 20:48 Elxan Mütəllimov DOST Agentliyində departament müdiri təyin edilib Dünən, 20:48 Tramp Hörmüzlə bağlı "sıfır dözüm siyasəti" elan etdi: "Gəmilər məhv ediləcək" Dünən, 20:48 "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" Dünən, 20:48 Kamil Xasiyev etimadnaməsinin sürətini Maksimilian Henniqə təqdim edib Dünən, 19:48 Niderlandlı futbolçu Ernest Poku "Beşiktaş"a keçir Dünən, 19:48 Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib Dünən, 19:48 Dələduzluqda təqsirləndirilən şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib Dünən, 19:48 Fuad Hüseynəliyev: Süni intellekt gənclərə tarixi çatdırmaqda mühüm vasitə ola bilər Dünən, 18:48 Paşinyan müxalifəti hərbi müdaxilələr hazırlamaqda ittiham edib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR