
Tərtər rayonuna yeni prokuror təyin edilib.
AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, respublika hərbi prokurorunun sabiq müavini, ədliyyə general-mayoru Fuad Məmmədov rayona prokuror göndərilib.
Qeyd edək ki, Tərtərin əvvəlki prokuroru Əli Qurbanov bir neçə gün əvvəl eyni rayonun hərbi prokuroru təyin olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.