
Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən baş verən partlayış zamanı üç nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989- cu il təvəllüdlü Mahir Bağırov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.