2-02-2026, 20:48 217

İpoteka ilə ev almaq istəyənlər üçün VACİB XƏBƏR

"Güzəştli ipoteka kreditləri üzrə faiz dərəcəsi hazırda 4 faiz, maksimal məbləğ isə 100 min manat, adi ipoteka kreditlərində isə faizlər 7-8 faiz aralığında dəyişir və kredit məbləği 150 min manata qədərdir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.

AQC sədri əlavə edib ki, faiz dərəcələrinin azaldılması birbaşa ölkənin makroiqtisadi imkanları ilə bağlı məsələdir:

"Əgər iqtisadi şərait və risklər buna imkan versə, faizlərin aşağı salınması məqsədəuyğun hesab oluna bilər. Lakin mövcud iqtisadi vəziyyətdə bu addım real görünmür.

Hazırkı mərhələdə əsas prioritet ipoteka kreditlərinin məbləğinin artırılması və əlçatanlığın genişləndirilməsi olmalıdır. Çünki bu gün 100 min manat güzəştli ipoteka krediti alan vətəndaş ən azı eyni məbləği də üzərinə əlavə etməyə məcbur qalır ki, yeni tikilidə bir otaqlı və ya maksimum iki otağa çevrilmiş mənzil ala bilsin. Bu isə əksər ailələr üçün ciddi maliyyə yükü yaradır.

Əvvəlki illərdə bir və ya iki otaqlı, hətta üç otağa çevrilmiş mənzilləri 120-130 min manat civarında almaq mümkün idisə, hazırda həmin qiymətlər təxminən iki dəfə artıb. Nəticədə güzəştli ipoteka kreditindən istifadə edən vətəndaşlar faktiki olaraq tam deyil, ən azı yarı ödəniş etməyə məcbur olurlar.

Adi ipoteka kreditlərində müəyyən edilən 150 min manatlıq limit də çoxotaqlı mənzillərin alınmasını çətinləşdirir. Bu məbləğ bir otaqlı mənzil üçün yetərli ola bilər, lakin iki və daha çox otaqlı mənzillərin alınması üçün kifayət etmir".

Vüqar Oruc əlavə edib ki, faizlərin azaldılması hazırda real görünməsə də, ipoteka əlçatanlığını artırmaq üçün alternativ addımlar mümkündür:

"İlk növbədə ipoteka kreditlərinə ayrılan ümumi vəsait artırılmalıdır. Eyni zamanda, vətəndaşlara verilən kredit məbləğləri yenidən nəzərdən keçirilməlidir. Belə ki, güzəştli ipotekalarda limit 100 mindən 150 min manata, adi ipotekalarda isə 150 mindən 200 min manata qədər yüksəldilməlidir. Bu, daşınmaz əmlak bazarında baş verən bahalaşma fonunda vətəndaşların mənzil alma imkanlarını qismən də olsa artırar.

Paralel olaraq, tikinti sektorunda sahibkarların təşviqi vacibdir ki, bazarda mənzil təklifi artsın. Bundan əlavə, İpoteka və Kredit Zəmanət Fondunun mövcud mexanizmləri çərçivəsində kirayə mənzil bazarının da genişləndirilməsi məqsədəuyğundur. Belə olduqda vətəndaşlar təkcə ipoteka krediti hesabına deyil, eyni zamanda kirayə mənzillər vasitəsilə də mənzil tələbatlarını ödəyə bilərlər".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı Bu gün, 11:49 Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib Bu gün, 11:49 Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır Bu gün, 11:49 Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə Qubada dərzi sexi açıb Bu gün, 11:49 Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq Bu gün, 11:49 Putin G20 sammitində iştirak edəcək? - Kremldən AÇIQLAMA Bu gün, 11:48 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb" Bu gün, 11:48 Azərbaycanda evlənənlərin yarıdan çoxu BOŞANIR Bu gün, 11:48 İstanbulda bələdiyyə ilə bağlı korrupsiyada 68 nəfər SAXLANILDI Bu gün, 10:48 Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir Bu gün, 10:48 Bakıda restoranda qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş... Bu gün, 10:48 İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir Bu gün, 10:48 Bakıda dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜSÜ - Skuterçi öldü Bu gün, 10:48 Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub Bu gün, 10:48 Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır Bu gün, 10:48 Azeri Light neftinin qiyməti 127,6 dollara yüksəldi Bu gün, 10:48 İlham Əliyev: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər Bu gün, 10:48 Bakıda 10 hektar ərazidə yeni PARK SALINIR Bu gün, 10:48 Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir Bu gün, 10:48 ADSEA-nın sabiq yüksəkvəzifəli məmuruna 3 milyon manatlıq ittiham Bu gün, 10:48 Frank Riberi Harri Keynin "Qızıl top" qələbəsinə münasibət bildirdi Bu gün, 10:48 Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər Bu gün, 10:48 "Gamesummit" və "OMNI AI Summit" 4000-dən çox ziyarətçini ətrafında topladı Bu gün, 10:48 Göyçayda ilan sancan şəxs məmur imiş Bu gün, 09:48 İsraildə parlament seçkiləri keçirilir: Netanyahu ilə müxalifət üz-üzə Bu gün, 09:48 Baş Prokurorluq: Bakıda törədilən silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib Bu gün, 09:48 "Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur Bu gün, 09:48 Bu gün 3 rayonda işıq olmayacaq Bu gün, 09:48 Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür Bu gün, 09:48 Harri Keyn "Qızıl top"un sahibi oldu Bu gün, 08:48 Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq Bu gün, 08:48 Bakıda bir neçə yol bağlanır - Səbəbi açıqlandı Bu gün, 08:48 Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq Bu gün, 08:48 Tovuzda bıçaqlanaraq qətlə yetirilən şəxs qazi imiş: Hadisənin təfərrüatı Bu gün, 08:48 "Həzi Aslanov" metrosu ilə bağlı mühüm YENİLİK Bu gün, 08:48 Azərbaycana girişi qadağan edilən türkiyəli jurnalist İstanbulda saxlanıldı Bu gün, 08:48 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı Bu gün, 08:48 İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib Bu gün, 00:48 2027-ci ildə ən çox qazandıracaq peşələr - Gəlirli sahələr AÇIQLANDI Bu gün, 00:48 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub Dünən, 23:48 25 yaşlı azərbaycanlı Almaniyada bələdiyyə üzvü seçilib Dünən, 23:48 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu Dünən, 23:48 Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb Dünən, 23:48 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək? Dünən, 22:48 Kardinal: "Vatican News"da erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər" Dünən, 22:48 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir? Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR