
Azərbaycan tərəfindən "arzuolunmaz şəxs" elan edilən və ölkəyə girişinə qadağa qoyulan türkiyəli jurnalist Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, jurnalistin saxlanılmasına səbəb sosial şəbəkə hesablarında etdiyi paylaşımlar olub. O, İstanbul polisi tərəfindən saxlanılıb.
Qeyd edək ki, Muhammed Emin Yıldırım Azərbaycan tərəfindən ölkəyə girişi qadağan edilən 31 Türkiyə vətəndaşının siyahısında yer alır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.