3-02-2026, 12:48 179

Fransaya casusluqda ittiham olunan şəxsin məhkəməsində hal şahidləri dindiriliblər

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Nizami rayonu 28 saylı Mənzil İstismar İdarəsinin əməkdaşı F.Ə. şahid qismində ifadə verib.

O bildirib ki, DTX-nin Martin Ryanın saxlanılması ilə bağlı keçirdiyi əməliyyat zamanı özü və iş yoldaşı hal şahidi kimi iştirak ediblər:

"2023-ci il dekabrın 4-də iki nəfər idarəyə yaxınlaşaraq DTX-nin əməkdaşları olduqlarını bildirdilər. Onlar bizim ərazimizdə olan bir mənzildə əməliyyat-axtarış tədbirlərini keçirəcəklərini bildirdilər, məni və iş yoldaşımı hal şahidi qismində iştirak etmək üçün dəvət etdilər. Biz də razılaşdıq. Bizdən həmin evdə yaşayan şəxsi tanıyıb-tanımadığımızı soruşdular. Biz də həmin ünvanda yaşayan şəxsi tanımadığımızı bildirdik. Söhbətlərdən bizə məlum oldu ki, həmin evdə Fransa vətəndaşı yaşayır. Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında yerləşən Özbəkistan küçəsində olan həmin mənzilə getdik. DTX-nin əməkdaşları evin qapısını döydülər. Sakin qapını açdı, ona məlumat verildi və evdə baxış keçirilməsi ilə bağlı məhkəmə qərarı ona təqdim edildi. Əməliyyat-axtarış tədbirində fransız dilində sərbəst bilən qadın tərcüməçi də iştirak edirdi, DTX-nin əməkdaşlarının danışıqlarını Martinə tərcümə edirdi. Məhkəmə qərarı ilə tanış olandan sonra Martin Ryan onları evə dəvət etdi".

Şahidin sözlərinə görə, evdən iki notbuk, dörd telefon, fransız dilində olan sənəd və kitablar, çoxlu sayda vizit kartları götürülüb:

"Bunların hamısı videoçəkilişlə edildi. Götürülən telefon, notbuklar və digər əşyalar qablaşdırıldı. Bütün proses fransız dilində ona tərcümə olunurdu. Baxış keçiriləndən sonra protokol tərtib olundu, Martin Ryan və biz ona qol çəkdik".

Növbəti məhkəmə prosesi fevralın 16-a təyin edilib.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Ərdoğan sabah ABŞ-yə səfər edəcək Dünən, 23:48 Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? Dünən, 23:48 XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi Dünən, 23:48 Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib Dünən, 23:48 Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi Dünən, 23:48 Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb Dünən, 22:48 Bakıda Formula-1-ə görə bəzi parkinqlər işləməyəcək Dünən, 22:48 Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir Dünən, 22:48 Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir Dünən, 22:48 ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib Dünən, 21:48 Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib Dünən, 21:48 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Dünən, 21:48 NYT: Trampın Qrenlandiya ilə bağlı bəyanatı ada sakinlərində çaşqınlıq yaradıb Dünən, 21:48 Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü Dünən, 20:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb Dünən, 20:48 Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Dünən, 20:48 Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb Dünən, 19:48 Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı Dünən, 19:48 Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı Dünən, 19:48 CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib Dünən, 19:48 Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib Dünən, 18:48 Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi? Dünən, 18:48 Bilgəhdə 2 nəfər dənizdə batıb Dünən, 18:48 Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq" Dünən, 18:48 Şahməddin Abdullayevə vəzifə verildi Dünən, 18:48 Muğla bələdiyyəsinin sədri: Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələrimiz var Dünən, 17:48 Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var Dünən, 17:48 Göygöl rayonuna dolu düşüb - Faktiki hava Dünən, 17:48 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi Dünən, 17:48 Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər Dünən, 17:48 DİN Daxili Qoşunlarının hərbi qulluqçusu: "Tək istəyimiz tapşırığı nəyin bahasına olursa-olsun icra etmək idi" Dünən, 17:48 Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb Dünən, 16:49 Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir Dünən, 16:49 Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb Dünən, 16:48 Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib Dünən, 16:48 Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var Dünən, 16:48 "İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb Dünən, 16:48 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər? Dünən, 15:48 "Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı Dünən, 15:48 Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək Dünən, 15:48 Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu Dünən, 15:48 Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb Dünən, 15:48 Rihannadan ŞOK ETİRAF: "Həyat yoldaşımı sevərək evlənmədim!" Dünən, 15:48 Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb Dünən, 15:48 Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib Dünən, 14:48 İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - SİYAHI Dünən, 14:48 Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR