
Bakıda müşahidə olunan güclü külək bəzi fəsadlar törətməyə başlayıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsində güclü küləyə tab gətirməyən ağaclardan biri avtomobilin üzərinə aşıb.
Natiq Həşimi 7 ünvanında baş verən hadisə zamanı vətəndaşa xeyli ziyan dəyib.
Sakinlər bildirir ki, məhəllədki digər ağac da aşma təhlükəsi ilə üzləşib və onunla bağlı adiyyəti qurum tədbir görməzsə, oxşar hal təkrarlanacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.