4-02-2026, 12:48 290

Bakıda tramvaylar 5 istiqamət üzrə hərəkət edəcəklər - ƏRAZİLƏR

"Tıxac probleminin aradan qaldırılması baxımından tramvay xətlərinin çəkilməsi ciddi və effektiv alternativlərdən biri hesab olunur. Lakin burada məsələ təkcə tramvay layihəsi ilə məhdudlaşmır".

AVESTA.AZ-in məlumatına görə, bu sözləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, dövlətin nəqliyyat strategiyasında bu sahə üzrə bənd-bənd nəzərdə tutulmuş bir sıra kompleks layihələr mövcuddur:

"Məhz bu layihələrin tam şəkildə icrası Bakıda tıxaclara real və davamlı alternativ formalaşdıracaq. Tramvay xətlərinin bərpası və genişləndirilməsi də həmin tədbirlər paketinin mühüm tərkib hissəsidir.

Tramvay xəttinin hansı istiqamətdə və nə üçün məhz həmin marşrut üzrə salınmasına gəlincə, bunun arxasında konkret və məntiqli əsaslandırma dayanır. Rəsmi açıqlamalara görə, tramvay üçün prioritet istiqamətlər elə ərazilər seçilib ki, həmin zonalarda dəmir yolu infrastrukturu mövcud deyil, metro xətləri yoxdur və ya mövcud avtobus marşrutları sərnişin axınını tam şəkildə daşımaq gücündə deyil. Avtobusların sayının artırılması da bu ərazilərdə problemi köklü şəkildə həll etmir".

Ekspert əlavə edib ki, ilkin mərhələdə Mehdiabad–Binəqədi–Azadlıq prospekti boyunca 28 May istiqamətində tramvay xəttinin çəkilməsi planlaşdırılır:

"Layihəyə əsasən, tramvay müəyyən hissəyədək iki xətli olacaq. Lakin Azadlıq prospektinin şəhər mərkəzinə doğru daralması nəzərə alınaraq, hərəkət sxemi dəyişdiriləcək: gediş bir istiqamət üzrə təşkil olunacaq, geri dönüş isə Füzuli küçəsi və Səməd Vurğun prospekti vasitəsilə həyata keçiriləcək.

Qeyd etmək lazımdır ki, bu layihələr təsadüfi qərarlara deyil, Bakıda tətbiq olunan "rəqəmsal əkiz" (digital twin) modeli əsasında hazırlanır. Bu alət vasitəsilə şəhərdə mövcud nəqliyyat axınları, ictimai nəqliyyat növlərinin yükü, hərəkət intensivliyi və ümumi vəziyyət kompleks şəkildə təhlil olunur. Toplanan məlumatlar əsasında hansı layihələrin nəqliyyat sisteminə necə təsir göstərəcəyi əvvəlcədən modelləşdirilir və yeni istiqamətlər müəyyənləşdirilir".

Rauf Ağamirzəyev sonda qeyd edib ki, ilkin mərhələdə beş əsas tramvay istiqaməti elan olunub:

"Onlardan biri 2030-cu ilədək Mehdiabad-şəhər mərkəzi marşrutu üzrə həyata keçiriləcək. Sonrakı mərhələlərdə isə Bayıl-28 May istiqaməti, 28 Maydan şəhəri keçməklə Nargilə ərazisi üzərindən Həzi Aslanov istiqaməti, eləcə də Pirşağıdan "Sea Breeze" və Mehdiabadı birləşdirən radial yolun çəkilməsi planlaşdırılır.

Bununla yanaşı, Yeni Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində də tramvay xəttinin salınması nəzərdə tutulur. Bütün bu xətlər vahid şəbəkə şəklində birləşdirilərək, Bakıda müasir, dayanıqlı və effektiv ictimai nəqliyyat sistemi formalaşdıracaq".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı Bu gün, 10:48 Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir? Bu gün, 10:48 İstanbul küçələrində şir peyda oldu - "Qalatasaray"ın futbolçusu da axtarışlara qoşulub Bu gün, 10:48 Gələn ildən yeni əməkhaqqı sistemi tətbiq edilə bilər Bu gün, 10:48 Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 10:48 Alicənab oğlan, sakit vida: Emin Mahmudovun tarixə çevrilən hekayəsi Bu gün, 09:48 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? Bu gün, 09:48 Həbsdəki qohumunun arvadına 42 dəfə zəng edən şəxsi öldürdü Bu gün, 09:48 Müsialanın gələcəyi ilə bağlı qalmaqal böyüyür - Matteusdan çağırış Bu gün, 09:48 Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu - Təfərrüat Bu gün, 09:48 Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb Bu gün, 09:48 Bakıda qarajlar rekord həddə BAHALAŞDI Bu gün, 08:48 Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi Bu gün, 08:48 Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu Bu gün, 08:48 Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb Bu gün, 08:48 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" Bu gün, 08:48 Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT Bu gün, 08:48 Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR – Mütəxəssislərin tövsiyəsi Bu gün, 00:48 TikTok-un məşhur qarğıdalı satıcısına bir neçə saniyədə 21 min manatlıq HƏDİYYƏ Dünən, 23:48 Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin yeni FOTOSU YAYILDI Dünən, 23:48 Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI Dünən, 23:48 Azərbaycanda ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu Dünən, 22:48 Hər zaman öz bildiyini edən BÜRCLƏR – Heç kimin sözünə baxmırlar Dünən, 22:48 ABŞ-də əyləncə məclisində atışma: 9 nəfər yaralandı Dünən, 22:48 İran yeni raket buraxılış qurğusunu nümayiş etdirdi Dünən, 21:48 "Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi Dünən, 21:48 Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq? Dünən, 21:48 İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Dünən, 20:48 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib Dünən, 20:48 Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir Dünən, 20:48 Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır Dünən, 20:48 Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu Dünən, 20:48 Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək Dünən, 20:48 Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq Dünən, 20:48 Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi Dünən, 19:48 Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı Dünən, 19:48 Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir" Dünən, 19:48 Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik" Dünən, 19:48 Gəncədə "Kəpəz" – "Qarabağ" matçı başladı: Tribunalarda 16 minə yaxın azarkeş var Dünən, 18:48 Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ Dünən, 18:48 Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb Dünən, 18:48 Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü Dünən, 18:48 Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb Dünən, 17:48 "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi Dünən, 17:48 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat Dünən, 17:48 Buz kimi soyuq suda çimmək ÖLÜMCÜL OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ Dünən, 17:48 Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir? Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR