
Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 2500 abonentin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən AVESTA.AZ-ə verilən məlumata görə, fevralın 10-da qəsəbənin Gecəqondu ərazisində yerləşən d159 mm-lik yeraltı qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə saat 13:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.
İşlərin davam etdiyi müddətdə ərazidəki 2500 abonentin qaz təchizatı dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.