12-02-2026, 19:48 143

WUF13 mənzil sahəsində prioritetlərin müəyyən edilməsi üçün növbəti onillikdə əsas platformaya çevriləcək

WUF13 ölkələrin öhdəliklərini yerinə yetirməsini qiymətləndirmək və növbəti onillik üçün layiqli mənzil təminatı sahəsində prioritetləri müəyyənləşdirmək məqsədilə əsas platforma olacaq.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax 2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək dayanıqlı urbanizasiya üzrə BMT-nin ən böyük qlobal konfransı – WUF13-ə həsr olunmuş onlayn brifinqdə bildirib.

"WUF13 konfransdan daha çox olacaq. Bu, ölkələrə və tərəfdaşlara yerinə yetirilmiş öhdəlikləri qiymətləndirməyə, boşluqları müəyyən etməyə və növbəti onillikdə layiqli mənzil təminatı üçün prioritetləri təyin etməyə imkan verəcək nəzarət nöqtəsi olacaq", - o bildirib.

Onun sözlərinə görə, forumun mövzusu "Hamı üçün mənzil: təhlükəsiz və davamlı şəhərlər, icmalar" olacaq və bu, qlobal mənzil böhranının aktuallığını əks etdirir.

"Təxminən 3 milyard insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır, 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların sakinidir. 300 milyondan çox insan evsizliklə üzləşir. Bu böhran güclənir, bütün dünyada şəhərlərdə insan ləyaqəti, təhlükəsizlik, sağlamlıq və məhsuldarlığı sarsıdır", - Rossbax qeyd edib.

O vurğulayıb ki, normal mənzilin çatışmazlığı milyonlarla insanı iqlim riskləri qarşısında həssas edir. Xüsusən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayanlar bundan əziyyət çəkir. Daxili köçkünlərin, qaçqınların və miqrantların 60%-dən çoxu şəhərlərdə sığınacaq tapır, bu da mənzil sistemlərinə əlavə yük yaradır.

"WUF13 mənzili qlobal gündəmin mərkəzinə qoyacaq, onu yalnız əsas insan hüququ kimi deyil, həm də inklüziv, iqlimə davamlı və böhranlara uyğunlaşa bilən inkişafın əsası kimi nəzərdən keçirəcək", - o vurğulayıb.

Rossbax həmçinin qeyd edib ki, 2026-cı il qlobal gündəm üçün əsas il olacaq, çünki 2016-cı ildə Kitoda Habitat III konfransında Yeni Urbanistik Gündəmin (New Urban Agenda) qəbulunun 10 ili tamam olur.

"BMT Baş katibi onun həyata keçirilməsinin aralıq icmalını təqdim edəcək ki, bu da 2036-cı ilə qədər tətbiqin növbəti onilliyinin formalaşdırılmasında mühüm mərhələ olacaq. Bundan əlavə, Davamlı İnkişaf Məqsədi (DİM) 11 "Davamlı şəhərlər və icmalar" üzrə tərəqqi 2026-cı ilin iyulunda BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda nəzərdən keçiriləcək, BMT Baş Assambleyası isə Yeni Urbanistik Gündəm üzrə yüksək səviyyəli iclas keçirəcək", - o deyib.

Paylaş

Xəbər lenti

Avropada yanacaq BÖHRANI: Altı həftəlik ehtiyat qalıb Bu gün, 00:48 Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? Bu gün, 00:48 İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ Dünən, 23:48 "Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM Dünən, 23:48 Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb Dünən, 23:48 Netanyahu: İsraillə Livan arasında sülhün bərqərar edilməsi üçün tarixi imkan yaranıb Dünən, 23:48 Simonyan: İrəvan və Bakı arasında sülh əməkdaşlığa gedən yoldur Dünən, 22:48 Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır Dünən, 22:48 31 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ Dünən, 22:48 Ərdoğan: Diplomatiyanın yerini raket və bombalar tutub Dünən, 22:48 Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək Dünən, 22:48 Kondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi? Dünən, 21:48 "Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb Dünən, 21:48 "Qiyamət radiosu"nda yeni kod mesajı yayımlanıb Dünən, 21:48 Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi Dünən, 21:48 445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq Dünən, 20:48 Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR Dünən, 20:48 Rövşən Rüstəmov: "Azərbaycan–Ermənistan arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür" Dünən, 20:48 İsrail və Livan 10 günlük atəşkəs elan edir Dünən, 20:48 Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR Dünən, 20:48 Şahin Mustafayev: "Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını sübut edib" Dünən, 19:48 Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək Dünən, 19:48 Papuaşvili: Xarici müdaxiləyə qarşı beynəlxalq hüquqi çərçivə yaradılmalıdır Dünən, 19:48 Alkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı Dünən, 19:48 Daha bir serial eşqi gerçək oldu Dünən, 18:48 Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb Dünən, 18:48 Zaqatalada 1 600-dən çox abonentin qaz təchizatı dayandırılacaq Dünən, 18:48 Azərbaycan Mərkəzi Bankının departamentlərindən birinin adı dəyişdirilib Dünən, 18:48 Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib Dünən, 18:48 Bibiheybət yolunda bərpa işləri yekunlaşdırılıb - RƏSMİ Dünən, 17:48 Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR Dünən, 17:48 Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin edilib Dünən, 17:48 Özünü şagirdlərinə sipər edərək həlak olan Ayla müəllim kimdir? - FOTOFAKT Dünən, 17:48 Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... Dünən, 17:48 Azərbaycan Avropa çempionatında medal hesabını açdı Dünən, 17:48 Ailə başçısını itirməyə görə ödəniş üçün arayış tələbi ləğv edildi Dünən, 17:48 Allahşükür Paşazadə Türkiyədə məktəblərə silahlı hücumlarla əlaqədar başsağlığı verib Dünən, 17:48 İTV-nin baş direktoru vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün sənəd qəbulu elan ediləcək Dünən, 16:49 "Leops" və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya Dünən, 16:48 Aleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir" Dünən, 16:48 "Çermet" körpüsünün asfalt örtüyündə PROBLEM Dünən, 16:48 Avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan 25 və 23 yaşlı şəxslər HƏBS OLUNDU Dünən, 16:48 Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb Dünən, 16:48 Tramp İranla müharibəni mümkün qədər tez bitirmək istəyir Dünən, 16:48 Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA Dünən, 16:48 "Xeyli pul yığırlar, amma..." - Buradan ev alanlar üçün həyat əsl kabusa çevrilib? - Baku TV Dünən, 16:48 Firuzə İbadova artıq kişi müğənnilərlə duet oxumayacaq Dünən, 16:48 Ordubadda qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR