13-02-2026, 10:48 217

Bank kartlarından oğurluq cəhdləri artır: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər vətəndaşların bank kartlarından vəsaitlərin oğurlanması halları artmaqda davam edir.

BAKU.WS-in məlumtına görə, Xüsusilə sosial şəbəkələr və mobil əlaqə vasitəsilə həyata keçirilən kiber dələduzluq cəhdləri yeni üsullarla insanları hədəf alır.

Özlərini bank əməkdaşı, yaxın qohum və ya alıcı kimi təqdim edən şəxslər vətəndaşların etibarından istifadə edərək maliyyə məlumatlarını ələ keçirməyə çalışırlar.

DİN Mətbuat Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların bank kartlarından pul vəsaitlərinin müxtəlif kiber üsullarla ələ keçirilməsi cəhdləri müşahidə olunur:

"İnternet məkanında cəlbedici vədlərlə maskalanan dələduzlar özlərini ailə üzvü, tanış, bank əməkdaşı, satılan məhsula görə beh ödəmək istəyən müştəri və digər şəxslər kimi təqdim edə bilərlər. Onlar istifadə etdikləri üsul və vasitələri tez-tez dəyişsələr də, yekun məqsədləri vətəndaşların etibarından sui-istifadə edərək bank kartı məlumatlarını əldə etməkdir.

Bu məqsədlə vətəndaşlardan kartın üzərindəki 16 rəqəmli kod, CVV, 3D təhlükəsizlik və SMS təsdiq kodları tələb olunur. Qeyd edək ki, bu məlumatların əldə olunması ilə kart hesablarından vəsaitlərin oğurlanması mümkün olur.

Bu tip cinayət halları əsasən naməlum nömrələrdən daxil olan zəng və mesajlar, həmçinin saxta saytlar və platformalar vasitəsilə törədilir. Daxil olan hər bir müraciət əsasında polis əməkdaşları tərəfindən əməliyyat-texniki tədbirlər həyata keçirilir, bu əməlləri törədən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar.

Eyni zamanda, kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və vətəndaşların məlumatlandırılması məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi maarifləndirici tədbirlər həyata keçirilir. Məktəb və universitetlərdə görüşlər təşkil olunur, ictimai yerlərdə xəbərdarlıq xarakterli materiallar yerləşdirilir, sosial çarxlar və məlumatlandırıcı materiallar hazırlanaraq yayımlanır.

Bir daha vətəndaşlara müraciət edirik ki, şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin, kimliyindən əmin olmadığınız şəxslərə onlayn ödəniş etməyin Hər hansı təhlükə hiss etdikdə dərhal bankla əlaqə saxlayın və DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub Bu gün, 19:48 "Haber Global": "Sistemli təxribatlar nəticə vermir - Azərbaycanla kədərdə də, sevincdə də birik" Bu gün, 19:48 Azərbaycanda balıqların qiyməti bahalaşıb - SON QİYMƏTLƏR Bu gün, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb Bu gün, 19:48 ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb Bu gün, 19:48 Türkiyədə qadın alt paltarı mağazasının dualarla açılışı edildi Bu gün, 18:48 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb Bu gün, 18:48 Kadir İnanırın sürücüsü: "Ona qan verdim deyə işdən qovuldum" Bu gün, 18:48 Vüsal Şilderin qətlinin şahidi: "Oğlanın boğazından vurdular, qan hər yanı götürdü" Bu gün, 18:48 Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub Bu gün, 18:48 Bu ərazidə yollar təmir olunacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 18:48 Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb Bu gün, 18:48 Azərbaycan XİN Fransaya səfərlə bağlı xəbərdarlıq edib Bu gün, 18:48 4 yaşlı qızını itirən Türkiyə gözəli: "Mümkün olsaydı, ürəyimi ona verərdim" Bu gün, 17:49 Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib Bu gün, 17:49 Nəriman Nərimanovun Şəkiyə gəldiyi fayton - MÜZEYDƏ SƏRGİLƏNİR Bu gün, 17:48 Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq Bu gün, 17:48 Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun ortağı ola bilər Bu gün, 17:48 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələnib Bu gün, 17:48 MKA: Dövlət rəsmilərinin yaxınlarına qarşı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur Bu gün, 17:48 Türkiyədə seldən ölənlərin sayı 10-a çatdı Bu gün, 17:48 Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər Bu gün, 16:48 "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Bu gün, 16:48 General Zeynalovla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox… Bu gün, 16:48 Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM Bu gün, 16:48 Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - SƏRƏNCAM Bu gün, 16:48 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib Bu gün, 16:48 Bakıda bu spirtli içkinin saxtası hazırlanırmış... Bu gün, 16:48 Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətini gücləndirməyə çağırıb Bu gün, 16:48 Roza Zərgərli bu qonşu ölkənin üç şəhərində konsert verdi Bu gün, 16:48 Rusiyalı müğənnidə bədxassəli şiş aşkarlandı Bu gün, 16:48 She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı Bu gün, 16:48 "Leonardo Art School" və "MiniBoss Business School" birgə təhsil proqramı elan etdi Bu gün, 15:48 Bu tarixdən leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Lüks brend mağazalarını talan edib, küçələrdə satırlar Bu gün, 15:48 Azərbaycandan neft məhsullarının ixracı 1,5 dəfə artıb Bu gün, 15:48 Şəkinin məşhur piti qabları: qədim sənəti yaşadan usta turistlərə dərs keçir Bu gün, 15:48 Rəvan Qarayevin həkim həyat yoldaşı: "Xasiyyətimiz uyğun olmasaydı…" Bu gün, 15:48 İribuynuzlu heyvanı Latviyadan 11 min, Gürcüstandan 531 manata almışıq Bu gün, 15:48 Qaxda şagird məktəbdə yıxılaraq xəsarət alıb Bu gün, 15:48 Bu ölkədə komendant saatı tətbiq edildi Bu gün, 14:48 Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib Bu gün, 14:48 Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub Bu gün, 14:48 Eldar Əzizov müşavirə keçirdi: Paytaxtın kommunal xidmətlərinə TAPŞIRIQ VERDİ Bu gün, 14:48 Ceyranbatanda ana və övladını maşın vurub Bu gün, 14:48 Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu Bu gün, 14:48 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq? Bu gün, 14:48 Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR