13-02-2026, 14:48 202

Böyük Qayıdış: Ağdərə rayonunda məskunlaşan uşaqlar tibbi yoxlamalara cəlb olunublar

Səhiyyə Nazirliyinin strukturuna daxil olan K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunda məskunlaşmış azyaşlılar üçün səyyar formada kompleks tibbi müayinələr baş tutub.

AVESTA.AZ xəbər verir ki, bu barədə nazirlik rəsmi açıqlama yayıb.

Keçirilən tibbi tədbirin əsas məqsədi vətəndaşların sağlamlığının qorunması, xüsusilə də işğaldan azad olunmuş ərazilərə köçən ailələrin və onların övladlarının yüksəksəviyyəli tibbi xidmətlərlə əhatə olunmasıdır.

Səyyar aksiya zamanı İnstitutun peşəkar heyəti - pediatrlar, kardioloqlar, nevroloqlar, oftalmoloqlar, endokrinoloqlar, otorinolarinqoloqlar və digər ixtisas sahibləri xidmət göstəriblər.

Yoxlamalar zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti təhlil edilib, profilaktik baxışlar keçirilib, eləcə də zəruri laborator və instrumental müayinələr icra olunub. Aşkar edilən xəstəliklər və sağlamlıq problemləri ilə bağlı valideynlərə geniş izahat verilib, ehtiyac duyulduqda uşaqların ixtisaslaşmış tibb müəssisələrində müalicəyə cəlb olunması və dispanser nəzarətinə alınması üçün müvafiq istiqamətlər müəyyənləşdirilib.

Aksiya çərçivəsində valideynlər arasında maarifləndirmə işləri də aparılıb; onlara uşaqların düzgün inkişafı, rasional qidalanma rejimi, vaksinasiya prosesi, mövsümi xəstəliklərdən qorunma yolları və sağlam həyat tərzinin vacibliyi barədə ətraflı məlumatlar çatdırılıb. Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tibbi briqadası tərəfindən Ağdərə rayonunda ümumilikdə 100-ə yaxın uşaq hərtərəfli tibbi baxışdan keçirilib.

Müayinə prosesində azyaşlıların ümumi klinik və antropometrik göstəriciləri yoxlanılıb, görmə və eşitmə funksiyaları test edilib, ürəyin exokardioqrafiyası, qarın boşluğu orqanlarının ultrasəs müayinəsi (USM) həyata keçirilib və nevroloji statusları qiymətləndirilib.

Qeyd etmək lazımdır ki, "Böyük Qayıdış" Dövlət Proqramına uyğun olaraq, azad edilmiş torpaqlarda səhiyyə infrastrukturunun mərhələli şəkildə qurulması və əhalinin tibbi təminatının yaxşılaşdırılması məqsədilə mütəmadi tədbirlər görülür. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun təşkilatçılığı ilə reallaşdırılan bu səyyar tibbi aksiyalar da həmin tədbirlər planının tərkib hissəsi kimi bölgədəki uşaqların sağlamlığının mühafizəsinə ciddi dəstək verir. Səhiyyə Nazirliyi tərəfindən gələcək dövrlərdə də işğaldan azad olunmuş və bərpa edilən ərazilərdə uşaqlar və digər əhali qrupları üçün həm profilaktik, həm də müalicəvi xarakterli tibbi aksiyaların davamlı şəkildə təşkili nəzərdə tutulur.

Paylaş

Xəbər lenti

Nizami rayonunda kanalizasiya problemi Bu gün, 16:48 General-mayor İsgəndər Allahverdiyev dəfn olunub Bu gün, 16:48 "Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" Bu gün, 16:48 Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər Bu gün, 16:48 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar Bu gün, 16:48 AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün ardıcıl yağış yağacaq Bu gün, 16:48 Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil" Bu gün, 15:48 Yeni Sumqayıtda satışlar başladı: 12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür! Bu gün, 15:48 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Bu gün, 15:48 Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Bu gün, 15:48 "Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib" Bu gün, 15:48 "Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah Bu gün, 15:48 Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir" Bu gün, 15:48 Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat Bu gün, 15:48 Fariz Cəfərov: "Energetika texnologiyaları sahəsində sınaq meydançalarının yaradılması vacibdir" Bu gün, 14:48 Tahir Rzayev: "Məhsul şəhadətnaməsi fermerlərin problemlərini azalda bilər" Bu gün, 14:48 Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb Bu gün, 14:48 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Bu gün, 14:48 Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanın cüdo millisinin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub Bu gün, 14:48 Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib Bu gün, 13:48 Sabah rayonlarda arabir yağış yağacaq Bu gün, 13:48 Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib Bu gün, 13:48 Kiçik və orta fermerlərə dəstək çağırışı - Deputatdan təklif Bu gün, 13:48 Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib Bu gün, 13:48 Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH Bu gün, 13:48 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır Bu gün, 12:48 İnam Kərimov Cənubi Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında iştirak edib Bu gün, 12:48 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi Bu gün, 12:48 Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü Bu gün, 12:48 "BakuBus" sürücülərindən Milli Musiqi Gününə özəl layihə: Depoda "İntizar" sədaları Bu gün, 12:48 "Qarabağ"ın prezidenti Tahir Gözəl bank rəhbəri oldu Bu gün, 12:48 Ayxan Abbasov Azərbaycan millisinin yoldaşlıq və Millətlər Liqası oyunları üçün heyətini açıqlayıb Bu gün, 12:48 Rusiyada kolbasadan zəhərlənmə nəticəsində üç nəfər ölüb, daha iki nəfər zərər çəkib Bu gün, 11:48 Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Məclis "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsini müzakirə edir Bu gün, 11:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib Bu gün, 11:48 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu Bu gün, 11:48 KOBİA: Sahibkarlara 20 mindən çox lisenziya verilib Bu gün, 11:48 Hava ilə bağlı vacib məlumat: Leysan, dolu ... Bu gün, 11:48 Azərbaycanın ilk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev vəfat edib Bu gün, 10:48 Röya Ayxandan YENİ FOTOSESSİYA Bu gün, 10:48 Bu gün Milli Musiqi Günüdür Bu gün, 10:48 "Aşk-ı Memnu"nun aktrisası vəfat etdi Bu gün, 10:48 Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq Bu gün, 10:48 "Şamaxinka"da qorxunc qəza: Avtomobil yararsız hala düşdü, yaralılar var Bu gün, 10:48 Bakıda yoldakı qoşa xətti qırıq-qırıq etdilər - ANBAAN VİDEO Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR