
İngiltərənin "Tottenhem" klubunun baş məşqçi postuna yeni təyinat olub.
AVESTA.AZ xəbər verir ki, bu posta İqor Tudor gətirilib. Bu barədə İngiltərə klubu rəsmi saytında məlumat yayıb.
Qeyd edilib ki, xorvatiyalı mütəxəssis cari mövsümün sonuna qədər kluba rəhbərlik edəcək. İqor Tudor bu günə qədər
"Yuventus", "Latsio", "Marsel", "Verona", "Qalatasaray" kimi klubları çalışdırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.