16-02-2026, 23:48 80

Putin nəhayət onları barışdıra bildi

Çeçenistan rəhbəri Ramzan Kadırov ilə Dağıstandan Federasiya Şurasının senatoru Süleyman Kərimov arasında münaqişə başa çatıb.

BAKU.WS xəbər verir ki, onları Rusiyanın prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada barışıblar.

Bu barədə müsəlmanlar üçün müqəddəs Ramazan ayı ərəfəsində etdiyi videomüraciətdə Rusiyanın Müsəlmanları Ruhani İdarəsinin sədri, baş müfti Ravil Qaynutdin məlumat verib.

Qafqazın iki respublikasının rəhbərliyi nümayəndələri arasında açıq qarşıdurma 2024-cü ilin payızından davam edirdi. Həmin vaxt Kadırov Kərimovu ona qarşı sui-qəsd hazırlamaqda ittiham etmiş və açıq şəkildə qan davası elan etmişdi.

Ravil Qaynutdin bildirib ki, dövlət başçısının sərəncamı ilə 2026-cı il Rusiyada Xalqların Birliyi İli elan olunub.

"Biz qürurla deyə bilərik ki, Rusiya cəmiyyətində yüksək səviyyədə birlik və qardaşlıq nümunəsini ilk göstərənlər məhz müsəlman ümməsinin nümayəndələri oldu.

Bunu Qafqazın iki ləyaqətli oğlu – əziz qardaşlarımız Ramzan Axmatoviç Kadırov və Süleyman Abusaidoviç Kərimov etdilər. Onlar prezidentimizin dəvəti ilə Moskva Kremlinin divarları arasında tam razılığa və qarşılıqlı anlaşmaya gəldilər", – deyə baş müfti bildirib.

Müfti qeyd edib ki, Ramzan Kadırov "müdrikliklə" yalanları, böhtanları və düşmənlərin "fitnə" salmaq, Qafqazın qardaş xalqları arasında düşmənçilik yaratmaq planlarını ifşa edib. Onun sözlərinə görə, bu plan iflasa uğrayıb və Rusiya müsəlman ümməsindəki fikir ayrılıqları aradan qaldırılıb.

Barışıq faktını Kadırovun yanvarın 30-da Moskvada Kərimovla görüşü barədə paylaşımı da təsdiqləyir.

"Moskvada qardaşım, Rusiya Federasiyasının senatoru Süleyman Kərimovla məhsuldar görüş keçirdim. Hesab edirəm ki, Çeçenistan və Dağıstan xalqları qardaşdır, necə ki, biz özümüz də. Ona bütün işlərində və təşəbbüslərində uğurlar arzuladım!" – deyə Kadırov yazıb.

Qan davası necə yaranıb?

Ramzan Kadırovla Süleyman Kərimov arasında səs-küylü münaqişə 2024-cü ilin payızında "Wildberries" marketpleysinin mülkiyyətçilərinin dəyişməsi ilə bağlı qalmaqal fonunda baş vermişdi. Məlumata görə, Kərimov "Wildberries" ilə birləşən "Russ" şirkətinin arxasında dayanırdı və bu birləşmə tərəflər arasında fikir ayrılığı yaratmışdı.

2024-cü ilin sentyabrında şirkətin Moskva ofisində atışma baş vermiş, nəticədə iki nəfər həlak olmuş, daha yeddi nəfər, o cümlədən iki polis əməkdaşı yaralanmışdı. Kadırov bildirmişdi ki, bu cinayətə "qəsdən milli çalar verilir" və bəzi şəxslər insidentin təşkilatçıları kimi "kadırovçuları" göstərirlər.

O, çeçen hüquq-mühafizə orqanları ilə müşavirə zamanı demişdi:

"Bu mövzunu şişirdən hər kəsə müraciət edirəm. Əgər kiminsə kadırovçulara iradı varsa, bunu şəxsən mənə desin, çünki mən əsas kadırovçıyam. Bütöv xalqları məişət zəminində toqquşdurmaq mümkün olduğunu düşünənlər dərindən yanılırlar. Sözə görə cavab vermək lazımdır! Mənə sualı olan varsa, heç bir problem yoxdur. Gözləyirəm!".

Həmin videoda respublika rəhbəri çeçen dilində ona qarşı təhdidlərdən danışaraq üç Qafqaz parlament üzvünü sifarişli qətl hazırlamaqda ittiham etmişdi.

"Əksini sübut etməsələr, mən rəsmi şəkildə Dövlət Dumasının deputatı Bexan Baraxoyevə, Dağıstandan senator Süleyman Kərimova və deputat Rizvan Kurbanova qan davası elan edirəm. Şahidlər var, onların sifariş verdikləri və Ramzan Kadırovun qətlinin neçəyə başa gələcəyini soruşduqları şəxslər var", - deyə o bildirmişdi.

Bundan sonra deputatlar Rizvan Kurbanov və Bexan Baraxoyev Kadırova qarşı sui-qəsd hazırlığında iştirak etmədiklərini bəyan etmişdilər.

Kreml isə həmin vaxt respublika rəhbəri ilə parlamentarilər arasında yaranmış münaqişəyə müdaxilə etməkdən imtina etmişdi. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, əgər hansısa təhdidlər varsa, hər bir vətəndaş hüquq-mühafizə orqanlarına müraciət etməlidir və onlar qanuna uyğun tədbirlər görəcəklər.

Paylaş

Xəbər lenti

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Bu gün, 00:48 "Nüvə savaşı"nın aqibəti - ABŞ-İran danışıqları necə nəticələnəcək? Bu gün, 00:48 Baku TV-nin 8 yaşı tamam olur Bu gün, 00:48 Pezeşkian: Nüvə silahı ilə bağlı istənilən yoxlamaya hazırıq Dünən, 23:48 Ukraynanın keçmiş ədliyyə naziri həbs edilib Dünən, 23:48 Bakı sakinlərinə su ilə bağlı XƏBƏRDARLIQ - Fevralın 20-dək Dünən, 23:48 ABŞ narkotacirlərə aid gəmilərə zərbə endirib, 11 nəfər ölüb Dünən, 23:48 Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib Dünən, 23:48 İran Prezidenti: ABŞ ilə danışıqlar Xameneinin koordinasiyası ilə aparılır Dünən, 23:48 "Qalatasaray" "Yuventus"a futbol dərsi keçdi Dünən, 23:48 Nyu-Yorkda kilsədə güclü partlayış baş verdi Dünən, 22:48 "Nyukasl"ın futbolçusu: "Qarabağ"ın bura qədər gəlməsi bizi təəccübləndirmədi Dünən, 22:48 "Liv Bona Dea" Hospitalında qazi ailəsinə həyat bəxş edilib Dünən, 22:48 Məktəblilərdə ürəklə bağlı problemin əlamətləri - Valideynlərə XƏBƏRDARLIQ Dünən, 22:48 Deniz Çakır 45 yaşında vəfat edən qrup yoldaşı ilə fotolarını paylaşdı Dünən, 22:48 2026-cı ilin ilk Günəş tutulması başa çatıb Dünən, 21:48 "İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? Dünən, 21:48 Əraqçi: İran və ABŞ mümkün sazişin mətni üzərində işləməyə başlaya bilər Dünən, 21:48 Tiktoker Sərdar həbs edildi Dünən, 21:48 Gümüş nə qədər bahalaşıb? - QİYMƏTLƏR Dünən, 21:48 "Nyukasl"ın baş məşqçisi: "Qarabağ"ın çox güclü texnikası var Dünən, 21:48 Kinematoqrafçılar İttifaqında GƏRGİNLİK: Xalq artistindən AÇIQLAMA Dünən, 20:48 Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı Dünən, 20:48 Azərbaycanın ixrac etdiyi neftin 70 %-ini İtaliya alıb Dünən, 20:48 "Qarabağ" "Nyukasl"ı məğlub etmək üçün necə oyanamalıdır? - AÇIQLAMA Dünən, 20:48 Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşüb Dünən, 20:48 Neftçala sakinlərinin qaz problemi: "Yandırmağa odun tapa bilmirik" Dünən, 20:48 Bolt Akademiya Azərbaycanda yol hərəkəti təhlükəsizliyi üzrə genişmiqyaslı sosial layihəyə start verib Dünən, 19:48 Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək - Saziş imzalandı Dünən, 19:48 Dayanacaqda çantasını unudan şəxsin 1200 manatlıq qızılları oğurlandı Dünən, 19:48 AYNA-nın 4,5 milyonluq tenderinin qalibi müəyyənləşdi Dünən, 19:48 Azərbaycanda bu şəxslər "JEK"lərə pul ödəməyəcəklər Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Nyukasl"la oyundan öncə "Qarabağ"ın açıq məşqi baş tutub Dünən, 18:48 "Oğlunun ancaq meyitini məndən ala bilərsən" - Qayınata kürəkəni niyə öldürüb? Dünən, 18:48 Qazaxıstanda güclü zəlzələ baş verib Dünən, 18:48 Sevgililər günündə keçmiş arvadının yeni ərini bıçaqlayıb Dünən, 18:48 Lənkəranda balıqçının faciəli ölümünün TƏFƏRRÜATI: Ad gününə gedibmiş Dünən, 17:48 ABŞ Ermənistana 100-dən artıq "Starlink" terminalı verdi: Regionda yeni mərhələ başlayır? Dünən, 17:48 Mingəçevirdə aşkarlanan saxta içkilərin satışı qadağan edilib Dünən, 17:48 Türkiyəli müğənni Edis saxlanılıb Dünən, 17:48 Ağdamda tələbə dərmandan zəhərlənib Dünən, 17:48 Vəzifəsindən istefa verən Taleh Quliyevi kimin əvəz edəcəyi BİLİNDİ Dünən, 17:48 Magistraturaya qəbul imtahanının ilkin nəticələri AÇIQLANIB Dünən, 17:48 Qurban Qurbanov: "Çox böyük təcrübə əldə edəcəyimiz oyundur" Dünən, 17:48 Londondakı qızı Jasminin videosunu görən Nigar Camal kövrəldi Dünən, 17:48 Kamilo Duran: "Nyukasl"a qarşı bizi çətin və tarixi oyun gözləyir" Dünən, 17:48 95 yaşında vəfat edən Robert Düvallın ƏN YAXŞI FİLMLƏRİ Dünən, 17:48 Sabah bu 42 kənddə QAZ OLMAYACAQ Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR