
Sumqayıt şəhərinin birinci mikrorayon ərazisində yerləşən yaşayış binasındakı mənzildə yanğın başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisənin səbəbləri və mümkün zərər barədə əlavə məlumatın veriləcəyi bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.